Mobil versiya
Brüssel aeroportunda özünü partladan daha bir terrorçunun adı müəyyənləşib
Tarix: 24-03-2016 | Saat: 10:36
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


“O, terror aktının təşkilatçısı hesab edilirdi”.

Belçika hüquq-mühafizə orqanları Brüssel aeroportunda özünü partladan ikinci terrorçunu müəyyənləşdiriblər.

Aia.az-ın “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bu, 2014-ci ildən beynəlxalq axtarışda olan Nəcim Laaşrauidir.

Bildirilir ki, ona məxsus DNT izləri ötən ilin noyabrında Parisdə istifadə edilən partlayıcı maddələrdə aşkarlanıb.

Qeyd edək ki, əvvəl Nəcim Laaşraui terror aktının təşkilatçısı hesab edilirdi. Brüssel hava limanında özünü partladan digər şəxs İbrahim Bakrauidir. Onun qardaşı Xalid isə metroda partlayıcı qurğunu işə salıb.

Martın 22-də Brüsseldə bir neçə terror aktı baş verib. “Zaventem” beynəlxalq hava limanında və metroda baş verən partlayışlar nəticəsində 34 nəfər ölüb, 250 nəfər yaralanıb. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024