Mobil versiya
İtkin düşmüş "Boeing-777" təyyarəsinin qalıqları tapılıb
Tarix: 24-03-2016 | Saat: 09:47
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər




Mozambikdə "Malaysia Airlines" şirkətinə məxsus, 2014-cü ilin martında itkin düşmüş "Boeing 777" təyyarəsinin yeni qalıqları tapılıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avstraliyanın nəqliyyat naziri Darren Çester bəyan edib.

"Aparılan tədqiqatlara əsasən məlum olub ki, Mozambikdə aşkarlanan qalıqlar məhz "Malaysia Airlines" aviaşirkətinin itkin düşmüş təyyarəsinə məxsusdur", deyə D.Çester bildirib.

Bundan əvvəl təyyarənin qalıqları Fransanın Reyuniyon adası və Cənubi Afrika Respublikası sahillərində tapılıb.

Xatırladaq ki, 2014-cü il, martın 8-də "Malaysia Airlines" şirkətinə məxsus Kuala-Lumpur-Pekin marşrutu üzrə hərəkət edən "Boeing-777" sərnişin təyyarəsi Hind okeanı üzərində yoxa çıxıb. Təyyarənin göyərtəsində 227 sərnişin və 12 heyət üzvü olub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-12-2024