Mobil versiya
Komitə altı uşaqlı ailəni nəzarətə götürdü
Tarix: 28-08-2020 | Saat: 13:35
Bölmə:Karusel / Ölkə | çapa göndər

Komitə altı uşaqlı ailəni nəzarətə götürdü



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İsmayıllı rayonunun Bizlan kəndində çətin şəraitdə yaşayan altı uşaqlı ailəni nəzarətə götürüb.

Bu barədə komitə məlumat yayıb.

Bildirilib ki, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə ailənin vəziyyətinin qiymətləndirilərək problemlərinin həlli istiqamətində aidiyyəti sosial xidmətlərə yönləndirilməsi üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, kənd sakini Reyhan Əliyeva BBC News Azərbaycancaya müsahibəsində ailəsinin çətin vəziyyətdə olduğunu, uşaqların gün ərzində yeməyə heç nə tapmadığını bildirmişdi. Altı uşaq anası yaşadıqları evin döşəməsinin torpaqdan olduğunu, uşaqların yemək və geyim çatışmazlığı yaşadığını vurğulayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-01-2025