Ana Sayfa > Karusel / Ölkə > Komitə altı uşaqlı ailəni nəzarətə götürdü
Komitə altı uşaqlı ailəni nəzarətə götürdü28-08-2020, 13:35. Yazar: sevinc1 |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İsmayıllı rayonunun Bizlan kəndində çətin şəraitdə yaşayan altı uşaqlı ailəni nəzarətə götürüb. Bu barədə komitə məlumat yayıb. Bildirilib ki, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə ailənin vəziyyətinin qiymətləndirilərək problemlərinin həlli istiqamətində aidiyyəti sosial xidmətlərə yönləndirilməsi üçün müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, kənd sakini Reyhan Əliyeva BBC News Azərbaycancaya müsahibəsində ailəsinin çətin vəziyyətdə olduğunu, uşaqların gün ərzində yeməyə heç nə tapmadığını bildirmişdi. Altı uşaq anası yaşadıqları evin döşəməsinin torpaqdan olduğunu, uşaqların yemək və geyim çatışmazlığı yaşadığını vurğulayıb. Geri dön |