Hökumət evinin, otellərin və məşhur obyektlərin işığı söndürüldü (FOTO)
Tarix: 20-03-2016 | Saat: 11:29
Bölmə:Gündəm / Parlament / Aia TV / Karusel | çapa göndər
Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Green Baku ekoloji gənclər birliyinin təşkilatçılığı ilə 19 mart 2016-cı il tarixində "Yer Saatı-2016” ekoloji kampaniyası keçirilib. Bu il kampaniyaya Bakı şəhəri ilə yanaşı Gəncə, Lənkəran və Quba şəhərləri də qoşulub.
Bəşəriyyət tarixində ən kütləvi ekoloji ictimai aksiya olan "Yer Saatı-2016” tədbirinə 178 ölkədən 7000-dən çox şəhər qoşulub. Bu il martın 19-na təsadüf edən tədbirdə dünyanın 350-dən çox məhşur binası fasad və həyat üçün zəruri olmayan işıqları bir saat müddətində söndürməklə kampaniyaya dəstək veriblər.
Bakı şəhəri üzrə Bakı şəhər İcra Hakimiyyəti, Hökümət Evi, Qız qalası, Şirvanşahlar sarayı, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azercell, ASAN Xidmət, Hilton, İnturist və Bakı Bulvar hotellərinin binaları bir saatlıq elektrik enerjisinə qənaət edərək iqlim dəyişikliyi mücadiləsinə qoşulublar.
Bununla yanaşı ilk dəfə olaraq şəhərimizin bir sıra restoranları "Yer Saatı” tədbirini məkanlarında enerjiyə qənaət edərək xüsusi sağlam qida məhsulları və akustik musiqi proqramı ilə qeyd ediblər.
Tədbir iştirakçıları 19 mart 2016-cı il tarixində saat 20:30-21:30-da AMEA binasının qarşısında kampaniyanın rəmzi olan "60+” yazısını şamlarla işıqlandırıblar. Eyni zamanada öncədən elan olunmuş "Ən kreativ şam” müsabiqəsinin qalibləri sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılıb.
Bu ilki tədbirə Let’s do it Azerbaijan, "BİR” könüllü proqramı və Azərbaycan Skautlar birliyinin könüllüləri də qoşulublar.
Qeyd edək ki, "Yer saatı” kampaniyası ilk dəfə Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) tərəfindən 2007-ci ildə Avstraliyada başladılmışdır. Kampaniyanın məqsədi. "Yer saatı” aksiyaları zamanı böyük şəhərlərdəki məhşur binaların fasad işıqları bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə insanları enerjiyə qənaət edilməsinə təşviq edirlər. Məlum olduğu kimi, elektrik enerjisinin alınması nəticəsində atmosferə buraxılan istixana qazları iqlim dəyişikliyinin başlıca səbəblərindən hesab olunur. Bununla əlaqədar, "Yer saatı” aksiyaları zamanı enerjidən davamlı istifadə xüsusi vurğulanır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024