Mobil versiya
Goranboy rayon İcra Hakimiyyəti Şəhidlər Xatirə Kompleksində aparılan bərpa-yenidənqurma işləri ilə yerində tanış oldu - FOTOLAR
Tarix: 29-07-2020 | Saat: 13:09
Bölmə:Ölkə | çapa göndər

Goranboy rayon İcra Hakimiyyəti  Şəhidlər Xatirə Kompleksində aparılan bərpa-yenidənqurma işləri ilə yerində tanış oldu


Goranboy rayon İcra Hakimiyyəti Başçısı Məhərrəm Quliyev Goranboy şəhərində Şəhidlər Xatirə Kompleksində aparılan bərpa-yenidənqurma işləri ilə yerində tanış oldu.

İcra başçısı Kompleksdə inşa edilmiş Milli Qəhrəmanlara aid büstlərin yenilənməsi, ərazidə daha geniş səliqə-səhman işlərinin aparılması və abidənin ətrafında gül kollarının əkilməsi ilə bağlı aidiyəti şəxslərlə birgə müvafiq müzakirələr apardı. Məhərrəm Quliyev qeyd etdi ki, goranboyluların müqəddəs ziyarət ünvanına çevrilmiş Şəhidlər Xatirə Kompleksi lazımi səviyyədə bərpa olunmalı, burada gələcəkdə məktəblilərin tarix fənni üzrə bəzi açıq dərslərinin, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tədbirlərinin keçirilməsi təmin edilməlidir.

aia.az








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024