Ana Sayfa > Ölkə > Goranboy rayon İcra Hakimiyyəti Şəhidlər Xatirə Kompleksində aparılan bərpa-yenidənqurma işləri ilə yerində tanış oldu

Goranboy rayon İcra Hakimiyyəti Şəhidlər Xatirə Kompleksində aparılan bərpa-yenidənqurma işləri ilə yerində tanış oldu


29-07-2020, 13:09. Yazar: sevinc1
Goranboy rayon İcra Hakimiyyəti  Şəhidlər Xatirə Kompleksində aparılan bərpa-yenidənqurma işləri ilə yerində tanış oldu


Goranboy rayon İcra Hakimiyyəti Başçısı Məhərrəm Quliyev Goranboy şəhərində Şəhidlər Xatirə Kompleksində aparılan bərpa-yenidənqurma işləri ilə yerində tanış oldu.

İcra başçısı Kompleksdə inşa edilmiş Milli Qəhrəmanlara aid büstlərin yenilənməsi, ərazidə daha geniş səliqə-səhman işlərinin aparılması və abidənin ətrafında gül kollarının əkilməsi ilə bağlı aidiyəti şəxslərlə birgə müvafiq müzakirələr apardı. Məhərrəm Quliyev qeyd etdi ki, goranboyluların müqəddəs ziyarət ünvanına çevrilmiş Şəhidlər Xatirə Kompleksi lazımi səviyyədə bərpa olunmalı, burada gələcəkdə məktəblilərin tarix fənni üzrə bəzi açıq dərslərinin, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tədbirlərinin keçirilməsi təmin edilməlidir.

aia.az





Geri dön