Mobil versiya
Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının böyük uğuru!
Tarix: 28-07-2020 | Saat: 12:27
Bölmə:Manşet / Təhsil | çapa göndər

Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının böyük uğuru!


Qardaş Türkiyə Cümhuriyyətindən şad xəbər gəlmişdir. İyulun 20-23 tarixində


Kappadokiya şəhərində İdman, Antropologiya, Qidalanma, Anatomiya və
Radiologiya üzrə SANAR 2020 2-ci Beynəlxalq Konqresi baş tutmuşdur.
Universitetimizin İnsan anatomiyası və tibbi terminologiya kafedrası tədrislə elmin
vəhdətinə əsaslanaraq daim inkişaf etdiyi üçün bu kafedra belə bir mötəbər
tədbirdən kənarda qalmamışdır. Azərbaycan Tibb Universitetinin İnsan
anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, Əməkdar elm xadimi,
REA-nın akademiki, tibb elmləri doktoru, professor V.B.Şadlinskinin rəhbərliyi ilə
onun başçılıq etdiyi kafedranın əməkdaşları bu konqresdə uğurla çıxış etmişlər.
Konqresə ev sahibliyi etmiş Kappadokiya Universiteti ilə Ankara
Universiteti, Nevşehir Hacı Bektaş Veli Universiteti, Ankara Yıldırım Beyazıt
Universiteti və Yüksek İhtisas Üniversitetinin birgə fəaliyyəti nəticəsində baş
tutmuş bu tədbirə ümumən 7 ölkədən və 45 universitetdən 300-ə yaxın
tədqiqatçı qatılmışdır. Qeyd etmək lazımdır ki, Konqresə dəvət alındıqdan
sonra İnsan anatomiyası və tibbi terminologiya kafedrasında gərgin hazırlıq
mərhələsi başlanmışdır. Kafedrada çıxışların dəfələrlə müzakirəsi aparılmış,
tədqiqatçılar kafedranın rəhbəri, professor V.B.Şadlinskinin dəyərli məsləhət və
tövsiyələrini böyük diqqətlə dinləmiş, onun birbaşa göstərişləri ilə tədqiqatlarını
daha da təkmilləşdirmişlər.
Qeyd etmək lazımdır ki, Covid-19 pandemiyasının yaratdığı problemlər
fonunda, onlayn üsulla keçirilən Yaz semestri dövründə də böyük zəhmətlə çalışan
kafedra əməkdaşlarının Beynəlxalq Konqresə hazırlığı davam etmişdir.
Konqres Yüksek İhtisas Universitetinin professoru Rabet Gözilin, Ankara
Universitetinin professoru İbrahim Tekdemirin, Yüksek İhtisas Universitetinin
rektoru professor doktor Mustafa Paçın və Kappadokiya Universitetinin rektoru
Hasan Ali Karasarın giriş sözləri ilə açılmışdır. 4 gün ərzində baş tutan Konqres
işini 29 bölmədə davam etdirmişdir.
İnsan anatomiyası və tibbi terminologiya kafedrasının əməkdaşlarından
professor G.A.Hüseynovanın (mövzu: “Axacağı S-şəkilli əyrilik əmələ gətirən
sidik kisəsi vəzilərinin morfoloji xüsusiyyətləri”), dosent S.M.Rüstəmovanın

(mövzu: “Tirositlərin həyati və ölümdən sonrakı deskvamasiyasının morfoloji
xüsusiyyətləri”), baş müəllim G.E.Kərimzadənin (mövzu: “Üz sinirinin yanaq
şaxəsinin topoqrafiyası”) çıxışları diqqətlə dinlənilmiş və birmənalı surətdə
Azərbaycan Tibb Universitetinin, onun İnsan anatomiyası və tibbi terminologiya
kafedrasının uğuru kimi qarşılanmışdır.
Dünyanı sarmış Covid-19 pandemiyası ilə mübarizədə qalibiyyətin
astanasında olan, cəbhədə düşmənə Ali Baş Komandan Azərbaycan Respublikası
Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə sarsıdıcı zərbələr endirən xalqımız
hər bir zaman öz Rəhbərinin elmə və təhsilə qayğısını duymuşdur. Prezident İlham
Əliyev qürurla və vüqarla "Sivilizasiyaların qovuşuğunda yerləşən qədim
mədəniyyət mərkəzi Azərbaycanda elmin çoxəsrlik tarixi və ənənələri var.
Xalqımızın dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi mütəfəkkir alimlər antik
dövrün elmi nailiyyətlərinin Avropaya çatdırılmasında özünəməxsus rol oynayıb,
mədəniyyətlərarası dialoqun qurulması, bəşər və dövr arasında mədəni-elmi
varislik ənənələrinin qoruyub saxlaması işinə misilsiz töhfələr veriblər" demişdir.
Bəli, bu gün alim və müəllimlərimiz beynəlxalq səviyyəli elmi tədbirlərdə -
konqres və yığıncaqlarda ölkəmizi layiqincə təmsil etməklə yurdumuzun inkişafı
işinə öz töhfələrini verməkdədirlər. Azərbaycan Tibb Universitetinin, bu böyük ali
təhsil müəssisəsinin ən qabaqcıl kafedralarından olan İnsan anatomiyası və tibbi
terminologiya kafedrasının belə bir tədbirdə uğurlu iştirakı Azərbaycan tibb
elminin, onun parlaq nümayəndəsi olan Əməkdar elm xadimi, professor
V.B.Şadlinskinin və rəhbərlik etdiyi kollektivin qələbələrindəndir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024