Deputat Aqiyə Naxçıvanlı Oğuzun fəal gəncləri ilə görüş keçirib
Tarix: 21-07-2020 | Saat: 16:19
Bölmə:Manşet / Siyasət | çapa göndər
117 saylı Oğuz-Qəbələ Seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Aqiyə Naxçıvanlı Oğuz rayonunun fəal gəncləri ilə onlayn görüş keçirmişdir. Görüşdə Oğuz Rayon Gənclər və İdman idarəsinin rəisi, Oğuz Rayon Heydər Əliyev Mərkəzinin direktoru, YAP Oğuz Rayon Təşkilatının aparat rəhbəri, YAP Oğuz Rayon Gənclər Birliyinin sədri, rayonun təhsil və mədəniyyət sahəsində, tibb və elmi-pedaqoji fəaliyyətində, idman, istehsalat və sair sahələrdə fəallıq göstərən aktiv gənclər iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Aqiyə Naxçıvanlı oğuzlu gəncləri salamlamış, onlarla görüşə hər zaman həvəs və maraqla qatıldığını bildirmişdir. O gəncləri respublikamızda baş verən proseslər, cəbhə xəttindəki gərginlik, COVİD-19 pandemiyasının iqtisadiyyata və sadə insanlarımıza vurduğu zərərlər barədə geniş məlumatlandırmışdır. Bugünkü görüşün də pandemiya şəraitində keçirilməsinə baxmayaraq onlardan hər zaman yeni ideya və təkliflər gözlədiyini, Oğuzda gəncləri narahat edən problemləri birgə müzakirə edəcəklərini bildirmişdir.
Oğuz Rayon Gənclər və İdman idarəsinin rəisi Ramiz Mahmudov Oğuzun fəal gəncləri ilə görüş keçirdiyi üçün deputat Aqiyə Naxçıvanlıya öz təşəkkürünü bildirmişdir. O Aqiyə xanımla gənclərin görüşünün hər dəfə sevinclə qarşılandığını qeyd edərək, onun gənclərə daima dəstək verdiyin qeyd etdi və pandemiya ilə əlaqədar ölkədə tətbiq olunmuş karantin rejimi dövründə rayonun aztəminatlı ailələrinə göstərdiyi qayğıya görə oğuzlular adından minnətdarlığını bildirdi. Daha sonra ötən dövr ərzində Oğuzda müxtəlif sahələrdə əldə edilən uğurlar, gələcək hədəflər və qarşıya çıxan problemlər barədə geniş söhbət açdı.
Tədbirdə söz alan YAP Oğuz Rayon Gənclər Birliyinin sədri Elşən Alcansoy cəbhədə baş verən hadisələrdən bütün Oğuz gənclərinin təsirləndiyini, əli silah tutan hər kəsin orduya kömək üçün hazır olduğunu qeyd etdi. Cənab Prezidentin çağırışına səs verən yüzlərlə Oğuzlu gəncin böyük ruh yüksəkliyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz Rayon bölməsinə könüllü gedərək qeydiyyatdan keçməsini, vətənin müdafiəsi üçün Ali Baş Komandanın döyüş əmrini səbirsizliklə gözləmələrini bildirdi.
Aqiyə Naxçıvanlı gənclərə səbrli olmağı, emosiyalara qapılmamağı, düşmənə ən ağır zərbənin məhz onlar tərəfindən Cənab Ali Baş Komandanın rəhbərliyi ilə tezliklə vurulacağından əmin olduğunu söyləyərək, gənclərin problemlərini hər zaman diqqət mərkəzində saxlayan, onlara güvənən, yüksək dəyər verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakının təmin edilməsini, dövlət idarəçiliyi və digər sahələrdə irəli çəkilməsini diqqətə çatdırdı.
Bu sahədə gənclərə hər zaman dəstək olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın da fəaliyyətini xüsusi qeyd etdi və onun həyata keçirdiyi tədbirlərin gənc nəslin sağlamlığı, intellektual və fiziki inkişafında verdiyi tövhələrdən danışdı. Yüzlərlə məktəblərin, baxçaların tikilməsi, istedadların üzə çıxarılması, sağlamlığı məhdud gənclərin müalicə edilərək aktiv həyata qaytarılmasının bunlara bariz nümunə olduğunu söylədi.
Deputat Aqiyə Naxçıvanlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciətinə də diqqət çəkərək vacib məqamları qeyd etmişdir. Bəli, Birinci xanımın dediyi kimi “qarşıdurma şəraiti bilavasitə hərbi əməliyyatlar bölgəsini deyil, həm də informasiya məkanını əhatə edir”. Bu həm də gənclərə verilən bir mesajdır. Şərt o deyil ki, mütləq əlinə silah alıb düşmənlə süngü-süngüyə çıxasan. Düşmən həm də özünün yalan və saxta məlumatları ilə sosial şəbəkələrdə təxribat xarakterli materiallar yayır, Mehriban xanımın dediyi kimi “insan qəlbinin ən kövrək tellərinə toxunmaq üçün çirkin vasitələrə əl atır”, ordumuzun, xalqımızın ruh yüksəkliyini sarsıtmağa çalışır. Gənclərimiz bunu diqqətdən qaçırmamalıdır. Bu müstəvidə aparılan “müharibə”də nə çağırış yaşı, nə “döyüşçü”nün cinsi, nə də fiziki qabiliyyət fərqi yoxdur. Saxta məlumatlar, profillər anında aşkar olunmalı, tutarlı və əsaslandırılmış faktlarla təkzib olunmalıdır. Bu işin bilavasitə gənclərin üzərinizə düşdüyünü vurğuladı.
Daha sonra çıxış edən gənclər dövlətin onlara olan qayğısından, gələcəyə düzgün istiqamətləndirilməsindən, daim marifləndirilmələrindən razı qaldıqlarını bildirərək, bundan sonra da müasir Azərbaycana layiqli vətəndaş olacaqlarına söz verdilər.
Deputat Aqiyə Naxçıvanlı da öz növbəsində Oğuz gəncləri ilə görüşdən razı qaldığını bildirərək pandemiyanın sonlandığı ilk fürsətdə onlarla canlı olaraq görüşəcəyinə söz verdi.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-11-2024
22-11-2024