Mobil versiya
Əlində süpürgə olan qadın
Tarix: 17-07-2020 | Saat: 09:59
Bölmə:Yazar1 | çapa göndər

Əlində süpürgə olan qadın




Şəcahan Gün


Pəncərəmiz küçəyə açılırdı. Mən pəncərədən küçəyə baxmağı çox sevirdim. Evimizlə üzbəüz iki ev vardı. Evin birinin həyətində, o biri qonşunun divarına yaxın olan bir xartut ağacı əkilmişdi. Xartut ağacına yarpaqları töküləndən, tam çılpaq olandan sonra ona tamaşa etməyi çox sevərdim. Bu yarpaqsız xartut ağacının çox qəribə görünüşü vardı. Hər dəfə mən bu ağaca baxanda elə bil ki, nağıllar aləminə düşürdüm və gözlərimi ondan çəkə bilmirdim.
Yay fəsli gələndə bu tut ağacı yaxşıca meyvə gətirərdi. Meyvələri də qəribə idi ki, tutdan daha şox moruğa bənzəyirdi. Bağqa tut meyvələri kimi yetişəndə yerə tökülməzdi. Sahibi səhər erkəndən durar, həmin tutları bir – bir dərər və bazara sağmağa aparardı. Bundan sonra da o biri qonşum əlində süpürgə, yerə - qapısısının ağzına tökülmüş tutun qalıqlarını deyinə - deyinə süpürərdi. Bu hər gün təkrar olunardı. O vaxta kimi ki, xartut sovular, yarpaqları da saralıb tökülər, ağac cılpaqlaşardı

Çox qəribədir ki, həmin əlində süpürgə, əyninda nimdaş çit güllü don olan deyingən qadının portretini elə bil hafizəmə çəkmişdilər. Mən pəncərədən çölə baxanda, gözlərimin qarşısında həmin qadının portreti canlanırdı, orada olmasa belə.

Bir gün o qadın bizə keçmişdi. Bizdəki kitab rəfində olan kitabları görəndə
çox təəccübləndi və anamdan bu kitabların nəyə gərək olduğunu soruşdu. Anam ona cavab verdi ki, bu kitablar ona görədir ki, gələcəkdə mənim qızımın həyat yolları işıqlı olsun. O qadın başını buladı. Və gözlərindəki ifadədən mənə belə gəldi ki, anamın nə demək istədiyini anlamadı. Əslində anamın bu söylədiklərinin mənasını mən özüm də yetkinlik yaşıma çatandan, həyatda öz yerimi tutandan sonra anladım.
Bir gün mən anamdan soruşdum ki, nəyə görə o qadın hər gün deyinə - deyinə küçəni süpürür?

Anam mənə qısa olaraq dedi ki, həmin qadın on altı yaşında qonşuluğumuza ərə gəlib. Çox təmizkar olduğundan belə edir.

Mən uşaq olaraq, elə bil o qadına görə narahat idim. İçimdə bir hiss məni didirdi ki, axı niyə bu qadın belə tez ailə qurub? Nə üçün? Təhsil alardı, bir peşə qazanardı, gedib bir müəssisədə çalışardı. Bəlkə də bu gün əlində süpürgə belə deyingən olmazdı.
Bir gün bu sualı anama verdim. Anam belə cavab verdi:

-Uşaqların formalaşmasında valideynlərin böyük rolu var. Gərək uşaq dünyaya gələndən valideynlər onun gələcəyinin qayğısına qalsın. Uşağına yaxşı təhsil verməyə çalışsın, sağlamlığının keşiyində dursun. Təhsil almayan insana cəmiyyətdə yerini tutmaq çətin olur.

- Əlində süpürgə tutan qadına ürəyim yandı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024