Mobil versiya
Xarizmatik dahi siyasətçi
Tarix: 14-06-2020 | Saat: 15:13
Bölmə:Gündəm | çapa göndər

Xarizmatik dahi siyasətçi




Azərbaycanın müasir tarixinin 40 ilə yaxın bir mərhələsi, eləcə də müstəqil dövlətimizin dinamik inkişafı və dünyaya inteqrasiya prosesi onun adı və fəalityyəti ilə bağlıdır. Bir indiki nəsil bunun canlı şahidləri, ümummilli liderimizin rəhbərliyi altında həyata keçirilən böyük quruculuq işlərinin fəal iştirakçılarıyıq. Odur ki, hər birimiz Heydər Əliyevin əlləri ilə qurulub-yaradılan müstəqil Azərbaycanın azad vətəndaşı olmağımızla haqlı qürur və iftixar hissi keçiririk.
Müstəqillik əziyyətlər, qurbanlar, sarsıntılar tələb edib və bu ağır imtahandan heç də bütün dövlətlər uğurla çıxmayıb. Bu mənada Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etməsi, onu əbədi və sarsılmaz prosesə çevirməsi ötən yüzillikdə ən böyük nailiyyətimizdir.
Azərbaycanın milli dövlətçilik məktəbinin çox qədim tarixi var. Görkəmli dövlət xadimi, şair və filosof Şah İsmayıl Xətai dövlətçilik ənənələrimizi daha da möhkəmləndirməyə nail olub. Azərbaycan Demokratik Cümhuriyyəti isə yaranmış dövlətçilik ənənələrini yeni, demokratik və mütərəqqi əsaslar üzərinə keçirib. Fəaliyyət göstərdiyi qısa müddət (23 ay) ərzində onu bəşəri, sivil normalar səviyyəsinə yüksəltməyə nail olub. Təəssüf ki, o vaxt ADR məlum səbəblər üzündən çox yaşaya bilmədi. Ölkəmiz XI ordu tərəfindən işğal edildi. Bütün çətinliklərə baxmayaraq Azərbaycan Respublikası SSRİ tərkibində olduğu dövrdə də bütün sahələrdə inkişaf edirdi. Məhz Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər təyin edilməsindən sonra respublikada böyük quruculuq və abadlıq işləri geniş vüsət almışdı. Azərbaycan bu dövrdə keçmiş ittifaqın geridə qalmış respublikasından öndə gedən respublikaya çevrildi.
İlk milli kadr kimi dövlətin əsas güc strukturlarından birinə - Dövlət Təhlükəsizlik Komitəsinə başçılıq edən 46 yaşlı Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsi xalqımızın həyatında çox böyük rol oynayıb. Ümummilli liderimizin milləti və xalqı naminə gördüyü işlərin miqyası ölçüyəgəlməz dərəcədə böyükdür ki, bu şəxsiyyəti Corc Vaşinqton və Franklin Ruzveltlə, Mustafa Kamal Atatürklə müqayisə edirlər.
Böyük öndərimiz Azərbaycanın dövlət müstəqilliyini yenidən əldə etməsinin tarixi nailiyyət kimi qiymətləndirirdi. Onun qorunması və möhkəmləndirilməsi isə qat-qat çətin və mürəkkəb vəzifədir. Bu şərəfli missiyanıf məhz Heydər Əliyev yerinə yetirdi. 1993-cü ilin keşməkeşli iyun günlərində xalqın xahişi ilə yenidən hakimiyyətə qayıdan böyük öndərimiz müasir, demokratik və hüquqi dövlətimizin əsaslarını yaratdı. Böyük qayıdış tarixə Milli Qurtuluş kimi daxil oldu. Bununla da respublikamızda xaosun aradan qaldırılması, dövlətçiliyin möhkəmləndirilməsi, tənəzzülün qarşısının alınması üçün düşünülmüş və əsaslandırılmış kurs həyata keçirilməyə başladı. Suveren dövlətin iqtisadi əsaslarının möhkəmləndirilməsinə xidmət edən kompleks addımlar atıldı.
Tarixin dərslərindən ibrət götürmək, nəticə çıxarmaq olduqca vacibdir. Ulu öndərimizin 1993-cü ildə Prezident seçildiyi və xalq qarşısında and içərək vəzifələrini həyata keçirməyə başladığı həmin vaxtların hər şeydən öncə öz gərginliyi, dramatikliyi ilə yadda qaldığını unutmamışıq.
Böyük idarəçilik təcrübəsinə malik olan Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli konsepsiyasını işləyib hazırlanmış və onu dəqiqliklə həyata keçirmişdir. Məhz bunun nəticəsində Azərbaycan bu gün dünyada özünəməxsus yeri olan dövlətlərdən biridir. Xalqını sonsuz məhəbbətlə sevən bu böyük insan bütün həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inikşaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr edib. Tale XX yüzillikdə Azərbaycana Heydər Əliyev kimi nadir istedadlı şəxsiyyət, müdrik dövlət xadimi bəxş etmişdir. Onun Azərbaycan və xalqı üçün gördüyü əzəmətli işlər müasir tariximizə əbədi həkk edilmişdir.
Heydər Əliyev sözün həqiqi mənasında böyük insan idi. Həyatının mənasını yalnız xalqına sədaqətlə xidmət etməkdə görürdü. Odur ki, xalqımızın qəlbində Heydər Əliyev daim yaşayacaqdır.
Xalqımız böyük öndərimizin layiqli siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək Heydər Əliyevin ideyalarını dönmədən həyat keçirir. Bu gün yaranmış gözəl təməl üzərində yeni, daha qüdrətli Azərbaycanın qurulması naminə bütün qüvvələr səfərbər olunub. Heydər Əliyev ideyaları üzərində gələcəyə inamla irəliləyən müasir nəsil yaxın gələcəkdə bir çox yeniliklərin, misli görünməmiş inkişafın canlı şahidi olacaqlar.

Telman Əsədov
ŞİRVAN MEŞƏ MELİORASİYA İDARƏSİNİN RƏİSİ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2024