Mobil versiya
Əbədi yaşar liderimiz
Tarix: 14-06-2020 | Saat: 18:57
Bölmə:Gündəm | çapa göndər

Əbədi yaşar liderimiz




Xalqımız öz dövlətçiliyin bərpa etmək amalından heç vaxt dönmədi. 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini elan etdi.
Təəssüf ki, müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqı bir yerə cəmləşdirə bilən qüdrətli bir lider yox idi. Ona görə də xalqımız çox sınaqlara məruz qaldı. Addım-addım fəlakətlərə sürükləndik. Ölkə xaos, hakimiyyətdəki boşluq, hərc-mərclik, sonu görünməyən gərgin vəziyyət, günbəgün yaxınlaşan vətəndaş müharibəsi təhlükəsi hər birimizi ciddi narahat edirdi. 1993-cü ilin iyununda Azərbaycan təkcə siyasi, hərbi, iqtisadi deyil, həm də mənəvi böhran içərisində idi. Xalq vəziyyətdən çıxış yolu axtarırdı. Cəmiyyətdə ümidsizlik və inamsızlıq əhval-ruhiyyəsi hökm sürürdü. Vəziyyətin ciddiliyi ilə üz-üzə qalan o zamanda rəhbərləri ağır vəziyyətdən qurtarmaq üçün belə bir mürəkkəb şəraitdə xalqımız tarixi şəxsiyyətlərdən biri ümummilli liderimiz olan Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Azərbaycanın görkəmli oğlu dünya şöhrətli siyasətçi Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz ki, kənarda qala bilməzdi. Ulu Öndərimiz xalqın və respublikanın hakim dairələrinin təkidli tələbini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsini dayandırmaq üçün əlindən gələni etdi. Gəncədə danışıqlar aparmaqla hərbi müxalifəti neytrallaşdırdı, az müddət ərzində başımızın üstünü almış bəlalardan bizi sovuşdura bildi, xalq həmin il oktyabrın 3-də keçirilən prezident seçkilərində məhz öz böyük oğluna etimad göstərərək Heydər Əliyevi Azərbaycan prezidenti seçdi. Bu seçimlə Azərbaycan xalqı Heydər Əliyevə böyük ümidlər bəslədiyini, inandığını bir daha bütün dünyaya nümayiş etdirdi. Prezident Heydər Əliyevin rəhbərliyi altında xalqımız möhtəşəm uğurlara imza atdı. Düşünülmüş siyasi kurs ölkədə ictimai-siyasi sabitliyə nail olması, vətəndaşlara hüquq və mənafelərinin müdafiəsinə, bazar münasibətlərinə əsaslanan iqtisadiyyat və sahibkarlığın inkişafına, beynəlxalq iqtisadi və maliyyə sisteminə inteqrasiyaya istiqamət götürən, sosial ədalət prinsiplərinə əsaslanan demokratik, hüquqi dövlət quruculuğuna imkan yaratdı. Azərbaycan dünya dövlətləri içərisində özünəməxsus layiqli yerini tutdu. İqtisadiyyatda böhran aradan qaldırıldı. İqtisadi inkişaf dövrü başladı, demokratiya, sabitlik və tərəqqi müstəqil Azərbaycanı xarakterizə edən mühüm amilə çevrildi.
Ulu Öndər Heydər Əliyev xidmətləri ölçüyəgəlməzdir. Vətəninə ürəkdən bağlı, Azərbaycanı sevən ümummilli liderimiz azərbaycanlı olması ilə daim fəxr edərdi.
O, bütün çıxışlarında xalqına arxalandığını, gücünü, qüdrətini, xalqından aldığını söyləyir, dünya azərbaycanlılarını müstəqil Azərbaycan Respublikası ətrafında sıx birləşməyə çağırırdı. Heydər Əliyev Azərbaycanın yer kürəsinin müxtəlif guşələrinə səpələnmiş azərbaycanlıları, bütün türk dünyasını istinad, qürur yerinə çevirmək üçün imkanlarını səfərbər etmişdi.
Ürəklərdə əbədi heykələ çevrilən bu insan Azərbaycanın iqtisadi və intellektual potensialına, xalqın xoşbəxt və firavan həyatını gerçəkləşdirən bir tarixi şəxsiyyətdir. O, Azərbaycan dövlətinin memarı və qurucusudur, türk dünyasının lideridir.

Qasım Qasımov
MƏRKƏZİ MUĞAN KOLLEKTORUNUN İSTİSMARI İDARƏSİNİN RƏİSİ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024