Mobil versiya
İstanbul reysində DƏHŞƏT: körpə uşağı baqajda apardı
Tarix: 09-03-2016 | Saat: 18:31
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər



İstanbul-Paris aviareysi ilə uçan sərnişin körpə oğlunu təyyarəyə çamadanda keçirib.

Aia.az publika.az-a istiandən bildirir ki, hadisə martın 7-də baş verib.

"Air France" şirkətinə məxsus təyyarədə uçan qadın sərnişinin əməlinin üstü onun yanında əyləşən digər sərnişinin köməyi ilə açılıb. Saytın yazdığına görə, sərnişinlərdən biri çamadanın içində nəyinsə tərpəndiyini görüb və stüardessaya xəbər verib. Nəticədə çamadanın içində bir-iki yaşlı uşaq aşkar edilib. Bu vaxt təyyarə artıq yolun yarısını qət edibmiş.

Uşağın Parisə biletsiz uçduğu məlum olub. Çamadanın təyyarəyə neçə keçirildiyi dəqiqləşdirilməyib. Hazırda hadisənin detalları araşdırılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024