Mobil versiya
Heydər Əliyev müqayisə olunmaz bir lider idi
Tarix: 13-06-2020 | Saat: 15:12
Bölmə:Gündəm | çapa göndər

Heydər Əliyev müqayisə olunmaz bir lider idi




Bu gün Azərbaycan artıq çətin sınaqlardan çıxmış, gələcəyə inamla addımlayan bir dövlətdir. Ölkəmiz getdikcə güclənir,əqüdrətlənir, regionun ən inkişaf etmiş dövləti kimi beynəlxalq münasibətlər sistemində öz layiqli və nüfuzlu yerini daha da möhkəmləndirir. Bu vüsətli və davamlı yüksəliş xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və gerçəkləşdirdiyi möhtəşəm dövlət quruculuğu xəttinin ardıcıllıqla və uğurla davam etdirilməsinin nəticəsidir.
Möhtərəm Prezident cənab İlham Əliyevin bəyan etdiyi kimi, "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Bu gün Heydər Əliyev siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayır və möhkəmlənir".
Nadir tarixi şəxsiyyət kimi hələ sağlığında millətimizin tarixində və qəlbində özünə əbədi heykəl ucaltmış Heydər Əliyevin şərəfli həyatı və xalqa xidmətə həsr olunmuş çoxşaxəli fəaliyyəti hər birimiz üçün örnək, nurlu və unudulmaz xatirəsi hamımız üçün müqəddəs səcdəgahdır. Biz onun dühası ilə işıqlanan quruculuq yolunda Azərbaycanın daha aydın və daha firavan gələcəyinə doğru inamla addımlayırıq. Möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərin bərqərar olduğu, dünya birliyinin nüfuzlu üzvü olan və Avropanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilən müasir Azərbaycan məhz ulu öndər Heydər Əliyevin əsəridir. Onun Azərbaycana rəhbərlik etdiyi 40 il xalqımızın dövlətçilik tarixinə milli inkişafın, milli özünüdərkin və özünüifadənin ən parlaq dövrü kimi yazılmışdır. Tarixçilər və politoloqların belə bir qənaəti doğrudur ki, məhz Heydər Əliyevin gərgin və misilsiz fəaliyyəti sayəsində 1970-1985-ci illərdə baş verən dəyişikliklərin miqyasına, ictimai və iqtisadi sahədəki dərin islahatların səciyyəsinə və xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsinin, sözün həqiqi mənasında, ən parlaq səhifələridir. Azərbaycanın indiki siyasi və iqtisadi müstəqilliyi, beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası elə həmin illərdə Heydər Əliyev tərəfindən yaradılmış potensiala əsaslanır. Ümummilli liderimiz keçmiş SSRİ hökümətinin rəhbərliyində işləyərkən milli ideyalara sadiqliyini, öz xalqına sonsuz məhəbbətini əməli fəaliyyəti ilə sübuta yetirmişdir. Bu nəhəng dövlətin idarəçiliyində göstərdiyi qətiyyət və prinsipiallıq, misilsiz işgüzarlıq və təşəbbüskarlıq xalqımızın görkəmli oğluna keçmiş ittifaqın bütün guşələrində tükənməz ehtiram və rəğbət qazandırmışdır. Dünya siyasətinə belə bir şəxsiyyət bəxş etmiş xalqımız onun şərəfli adı və fəaliyyəti ilə həmişə fəxr etmişdir.
1991-ci ildə ölkəmiz XX əsrdə ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda hakimiyyətin naşı və bacarıqsız adamların əlinə keçməsi, üstəlik, xalqın qəlbində əbədi yer tutan Heydər Əliyevə qarşı haqsızlıq və ədalətsizlik göstərilməsi tariximizin qara səhifələrindəndir. Bu qara səhifələrin müəllifləri tarix səhnəsindən silinib atılsalar da, onların milli mənafelərə vurduğu ağır zərbələrin nəticələrini aradan qaldırmaq asan olmadı.
Həmin dövrdə ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Bu müdrik və uzaqgörən siyasətçinin, nəhəng dövlət xadiminin hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan ağır bəlalardan, vətəndaş qarşıdurmasından qurtuldu, ictimai-siyasi sabitliyə qovuşdu, davamlı inkişaf yoluna çıxdı. Heydər Əliyevin 10 illik hakimiyyəti dövründə müstəqil dövlətçiliyimizin möhkəmlənməsi, dönməz xarakter alması, insan hüquq və azadlıqlarının tam şəkildə bərqərar olması faktını ölkəmizdəki bütün siyasi qüvvələr birmənalı şəkildə qəbul edir, təsdiqləyirlər.
Məhz elə bu səbəbdən də ictimaiyyətin bütün təbəqələrində Heydər Əliyev şəxsiyyətinə hörmət, ehtiram həmişə olub və olacaqdır.

Mais Məmmədov,
Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024