Mobil versiya
Müasir Azərbaycan dövlətinin banisi, xalqın xilaskarı
Tarix: 11-06-2020 | Saat: 15:08
Bölmə:Manşet / Gündəm | çapa göndər

Müasir Azərbaycan dövlətinin banisi, xalqın xilaskarı




Tarixdə elə dühalar yetişib ki, onlara nəinki təmsil etdikləri xalqın taleyində, eləcə də dünya siyasətində olduqca böyük missiyanı həyata keçirmək səadəti nəsib olub. Ümummilli liderimiz Heydər Əliyev də məhz belə tarixi şəxsiyyət, dünya siyasətinin mahir bilicisi idi. Azərbaycanın müasir tarixinin böyük bir mərhələsi, eləcə də müstəqil dövlətimizin dinamik inkişafı və dünyaya inteqrasiya prosesi onun adı və fəaliyyəti ilə bağlıdır.

1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi milli tariximizdə əsaslı dönüş mərhələsi olmuşdur. Respublikaya rəhbərliyinin ilk günlərindən xalqın sabahını düşünən Heydər Əliyev Azərbaycanin gələcək inkişafı və müstəqilliyi üçün mühüm təminatlar yaratmışdır. Məhz həmin illərdən etibarən xalqımızın milli mənlik şüuru yüksəlmiş, xalqın həyat səviyyəsinin yaxşılaşması üçün bir sıra mühüm sosial-iqtisadi islahatlar həyata keçirilmiş, Azərbaycan keçmiş Sovetlər Birliyinin ən qabaqcıl respublikaları sırasına daxil olmuşdur. Dahi Heydər Əliyev totalitar rejimin sərt təzyiqlərinə baxmayaraq, ən qlobal problemləri belə məharətlə həll edərək, ölkəmizin siyasi və iqtisadi müstəqilliyi üçün münbit şərait yaratmağa müvəffəq olmuşdur. Hələ o vaxtlardan ümummilli liderimizin beynəlxalq aləmdəki, dünya siyasətindəki nüfuzu ilə fəxr edirik. Təsadüfi deyil ki, həmin dövrün tanınmış siyasətçiləri və politoloqları məhz Heydər Əliyevi Sov.İKP MK-nın Baş katibi vəzifəsinə ən layiqli namizəd kimi görürdülər. Əlbəttə, imperiya təfəkkürlü siyasi dairələr öz intellektual səviyyəsi və parlaq liderlik istedadı ilə fərqlənən azərbaycanlıya belə bir imkan vermədilər. Sovetlər İttifaqının süqutundan sonra ölkədə xaos, özbaşınalıq kulminasiya həddinə çatdığı bir zamanda yenicə müstəqillik qazanmış respublikamızı parçalanmaq, milli dövlətçiliyimizin məhv olmaq təhlükəsindən qurtarmaq üçün Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xalqımızın arzusu idi.Vətənin dar günündə xalqın xahişi və təkidi ilə ölkəyə rəhbərliyi öz üzərinə götürən Heydər Əliyev tarixi xilaskarlıq missiyasını yerinə yetirdi. Ulu öndərin yenidən hakimiyyətə gəlməsi Azərbaycanin tarxinə qızıl hərflərlə yazıldı.



Azərbaycanın müstəqilliyinə düşmən kəsilmiş xəyanətkarlar bir neçə dəfə dövlət çevrilişinə cəhd edərək öz cinayətkar, xalqın mənafelərinə zidd niyyətlərini həyata keçirmək istəsələr də, buna nail ola bilmədilər. Heydər Əliyevə olan tükənməz xalq məhəbbəti və inamı qarşısında məğlubiyyətə düçar oldular. Həmin çevriliş cəhdləri zamanı ulu öndərimiz təkcə siyasi iradə, müdriklik və uzaqgörənlik deyil, həm də şəxsi qəhrəmanlıq, hünər nümunəsi göstərdi. Həyatı hər an təhlükə altında olsa da, xəyanətkarlara qarşı kəskin mübarizəyə qalxdı, müstəqil dövlətçiliyimizin möhkəm əllərdə olduğunu nümayiş etdirdi. Beləliklə, milli tariximizin Heydər Əliyev dövrü özünün daha şərəfli mərhələsinə daxil oldu. Ümummilli liderimizin siyasi məharəti, zəngin dövlətçilik təcrübəsi, qeyrəti və uzaqgörənliyi sayəsındə ölkəmiz ən böyük çətinlikləri, milli dövlətçiliyimizin itirilməsinə səbəb ola biləcək bütün problemləri aradan qaldırdı. Ulu öndərin xilaskarlıq missiyası nəticəsində məhv olmaq təhlükəsindən qurtulan Azərbaycan gələcəyə inamla addımlayan qüdrətli dövlətə çevrildi. Qisa müddət ərzində ölkədə hökm sürən hərc-mərclik, vətəndaş müharibəsinin qarşısı alındı, ictimai-siyasi sabitlik bərqərar oldu. Ölkənin xarici siyasəti milli sabitlik bərqərar oldu. Ölkənin xarici siyasəti milli maraqlara uyğunlaşdırılaraq formalaşdırıldı. Ulu öndərimizin milli strategiyası hazırlanaraq uğurla həyata keçirildi.

Müdrik rəhbərimizin başçılıq etdiyi Azərbaycan regionda sülh və əmin-amanlığın qorunması uğrunda mübarizə aparan dövlətə çevrildi. Bir çox beynəlxalq və regional layihələrin həyata keçirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuz qazanmasına səbəb oldu.Tarix ona fenomenal qabiliyyət bəxş etmişdi. Ümummilli lider Heydər Əliyevin reallaşdırdığı layihə və proqramlar xalqın gələcəyinə hesablanmışdı və zaman göstərdi ki, bunlar əfsanə yox, həqiqətdir. Heydər Əliyevin şah əsəri olan Azərbaycanın dövlət müstəqilliyi dönməz xarakter almış, həyatımızın bütün sahələrində köklü dəyişikliklər və dərin islahatlar həyata keçirilmiş, böyük nüfuz qazanmışdır.

Azərbaycanın əldə etdiyi uğurların təməlində Heydər Əliyev dühası, onun müqayisəyəgəlməz siyasi və dövlətçilik təcrübəsi dayanıb. Heydər Əliyev ideyaları müqəddəsdir və daim yaşamalıdır. Bunun məhz belə olduğunu Azərbaycan xalqı özünün böyük oğlunu cismən itirdikdən sonra bir daha tam, aydın şəkildə yəqin etdi. Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi, iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycanı qoydu. Ömrünün qalan hissəsini bu müdrik insan həqiqətən də xalqa qurban verdi. Qədirbilən xalqımız bunu heç zaman unutmayacaqdır. Zəmanəmizin ən nəhəng siyasətçilərindən sayılan bu dahi şəxsiyyətin ölkəmizin tərəqqisində və inkişafındakı rolu danılmazdır.
Heydər Əliyevin siyasi kursu Azərbaycana bütün sahələrdə böyük uğurlar gətirib. Sabitlik, demokratiya və tərəqqi müasir cəmiyyətimizi xarakterizə edən mühüm amillərdir. Bu müdrik siyasət nəticəsində Azərbaycan artıq dünyada tanınır, nüfuzu durmadan yüksəlir. Artıq dünya da Cənubi Qafqaz regionunun liderinə çevrilən ölkənizlə hesablaşır, irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Dövlətin əsas göstəricilərindən biri olan iqtisadiyyatda aparılan köklü islahatların nəticəsində ölkəmiz qısa müddət ərzində bu sahənin yüksəlişini təmin etmişdir. Biz daim ulu öndərimizi xatırlayır, iftixarla deyirik ki, bəli, Azərbaycan dövlətinin xilaskarı, yeni Azərbaycanın memarı Hetdər Əliyev bizim qəlbimizdə daim yaşayır və yaşayacaq. Gələcək nəsillər onun həyat yolunu araşdıracaq və öyrənəcəklər. Çünki o, dünya miqyaslı siyasi lider idi.

Heydər Əliyev siyasi kursu bu gün onun ideyalarına sadiq qalan möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli liderimiz demişdi: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Prezidentimizin bu gün həqiqətən də xalqın etimadını doğrultmaqla həmin ümidləri gerçəkləşdirir. Bizim də hər birimiz Prezidentin ətrafında sıx birləşərək onun qarşıya qoyduğu mühüm vəzifələrin yerinə yetirilməsində daha fəal iştirak etməyə çalışırıq. İnanırıq ki, siyasətdə öz sözünü deyən, beynəlxalq aləmdə böyük nüfuz qazanan möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizin hərtərəfli inkişafına və möhkəmlənməsinə nail olacaqdır.

Məmməd Musayev,
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti,
“Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri,
iqtisadi elmlər namizədi


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024