Mobil versiya
Maliyyə Nazirliyinin yeni dövlət istiqrazları ilə bağlı hərrac keçirilib
Tarix: 10-06-2020 | Saat: 14:11
Bölmə:Gündəm | çapa göndər

Maliyyə Nazirliyinin yeni dövlət istiqrazları ilə bağlı hərrac keçirilib


9 iyun 2020-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0105010786 ISIN kodlu, tədavül müddəti 728 gün olan 25.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

Nazirlikdən aia.az-a verilən məlumata görə, AZ0105010786 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 48.9 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 25.0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 100.3572 (gəlirlilik 9.7990%) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 7 iyun 2022-ci ildir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024