Mobil versiya
Azərbaycan və Laos XİN başçıları arasında məktub mübadiləsi olub
Tarix: 22-05-2020 | Saat: 12:15
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan və Laos XİN başçıları arasında məktub mübadiləsi olub


Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov və Laos Xalq Demokratik Respublikasının Xarici işlər naziri Salımsay Kommasit iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib.

Xarici İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov məktubunda ilk olaraq Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə öz həmkarı Salımsay Kommasitə ən səmimi təbriklərini və ən xoş arzularını çatdırıb.

Nazir, iki ölkə arasında qarşılıqlı anlaşma, müstəqillik, suverenlik və ərazi bütövlüyünə hörmət əsasında qurulmuş münasibətlərin və əməkdaşlığın gələcək illərdə də inkişaf edəcəyindən əmin olduğunu ifadə edib.

Məktubda Azərbaycanın ilə Laos arasında mövcud dialoq və əməkdaşlığa böyük əhəmiyyət verildiyi vurğulanıb və qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişafı üçün geniş imkanların olduğu qeyd olunub.

Sonda, nazir Məmmədyarov qarşı tərəfi Azərbaycan Respublikasına səfər etməyə dəvət edib və Laos xalqına xoşbəxtlik, əmin-amanlıq və firavanlıq arzulayıb.

Öz tərəfindən, Laos Xalq Demokratik Respublikasının Xarici İşlər naziri Salımsay Kommasit Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə nazir Elmar Məmmədyarova səmimi təbriklərini çatdırıb.

Laos naziri ötən 25 il ərzində ölkələr arasında dostluq münasibətləri və səmərəli əməkdaşlığın ikitərəfli əsasda və çoxtərəfli müstəvidə inkişafını və genişləndiyini qeyd edib. Böyük səylər sayəsində ölkə və xalqların həqiqi mənafeyi naminə bölgədə, habelə bütün dünyada sülh, sabitlik və əməkdaşlığın inkişafı məqsədilə Laos ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq ruhundakı əlaqələrin bundan sonra da möhkəmlənərək genişlənəcəyindən əmin olduğunu ifadə edib.

Sonda nazir Salımsay Kommasit nazir Elmar Məmmədyarova və bütün XİN kollektivinə möhkəm cansağlığı, şəxsi firavanlıq və gələcək fəaliyyətdə uğurlar arzulayıb.

Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında diplomatik münasibətlər 22 may 1995-ci ildə qurulub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

3411 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-05-2020
{sape_links}{sape_article}