Mobil versiya
Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasına dəyişiklik edilib - FƏRMAN
Tarix: 18-05-2020 | Saat: 16:15
Bölmə:Gündəm | çapa göndər

Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasına dəyişiklik edilib -


Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

aia.az-ın məlumatına görə, fərmanla, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1050, № 12, maddə 1939) ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na aşağıdakı məzmunda 2.7-1-ci bənd əlavə edilib:

"2.7-1. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına bitkiçilik və heyvandarlıq sahələri üzrə subsidiyaların ödənilməsi məqsədilə subsidiya məbləğləri köçürülən plastik kartların hazırlanması və göstərilən bank xidmətləri Agentliyin müvəkkil bankla razılaşdırılmış sifarişi əsasında hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5353 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2020
04-06-2020
{sape_links}{sape_article}