Mobil versiya
“Cəmiyyət yaxın günlərdə də yeni həbslərin şahidi olacaq...”
Tarix: 14-05-2020 | Saat: 14:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Cəmiyyət yaxın günlərdə də yeni həbslərin şahidi olacaq...”




Prezident yanında QHT-ə Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov ölkədə aparılan antikorrupsiya mübarizəsi ilə bağlı saytımıza müsahibə verib

- Anar müəllim, məlum olduğu kimi, son günlər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələri həbs olunmuşlar.Sizcə vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsini zəruri edən hansı səbəblər olmuşdur?

- Cənab prezidentin başlatdığı bütün sahələri əhatə edən böyük islahatlar özünün müsbət təsirini artıq hiss etdirməkdədəir. Bu islahatların aparıcı istiqamətlərindən də biri kadr islahatlarıdır. Həmçinin sosial-iqtisadi islahatların daha da effektiv nəticə verməsinin kökündə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə dayanır. Cənab prezident islahatlarla bağlı fikirlərini səsləndirərkən dəfələrlə məmurlara xəbərdarlıq edərək buna qarşı sərt addımlar atacağını bəyan etmişdir. Lakin bəzi məmurlar bu xəbərdarlığa ciddi yanaşmırlar və öz murdar əməlıərindən əl çəkmək istəmirlər. Dövlətin və xalqın pulunu mənimsəməkdə davam edirlər. Məhz bu səbəbdən də artıq 5 rayonun icra başçısı, nazir müavini, yüksək çinli məmurlar, icra nümayəndələri, DSX-nın rəhbər işçiləri barəsində həbs qəti imkan tətdbirləri seçildi və mən əminəm ki bu həbslər son deyil. Hesab edirəm ki, bu çirkaba bulaşmış icra hakimlərinin və digər yüksək çinli məmurların sayı təssüf ki, az deyil. Cəmiyyət yaxın günlərdə də yeni həbslərin şahidi olacaq. Xalq cənab prezidentin bu qətiyyətli tapşırığına uyğun olaraq DTX-nın və Baş prokurorluq orqanlarının keçirtdikləri əməliyyatları dəstəkləyir və yüksək səviyyədə alqışlayır.

- Yüksək vəzifəli dövlət qulluqçuları tərəfindən yol verilən korrupsiya əməllərinin qarşısı qətiyyətlə alınmadığı halda, bu kimi əməllərin cəmiyyətimizdə daha hansı fəsadlara yol aça biləcəyinə dair nə kimi fikirləriniz var?

- Hesab edirəm ki, bu cür hallar həmişə olub və buna qarşı da istər ümummilli Lider Heydər Əliyevin dönəmində istərsə də cənab prezident İlham Əliyevin dövründə daim qətiyyətli addımların şahidi olmuşuq. Bu cür yüksək rütbəli məmurların həbsi Azərbaycanda ilk deyil. Sadəcə bu gün başladılan islahatların fonunda rüşvətxor məmurların çirkin addımları özünü daha qabarıq büruzə verdi və buna qarşı da qətiyyətli addımlar gördüyümüz kimi atılır. Bu insanların əməllərinin qarşısı alınmasa idi prezidentin başlatdığı islahatların heç bir effekti olmayacaqdı. Bundan da həm aparılan siyasət, ayrılan dövlət vəsaitləri, eyni zamanda ən başlıcası xalq böyük ziyan görəcək idi. Lakin, islahatlara mane olan bu məmurların əməlləri vaxtında aşakar edilir və qətiyyətlə alınır. Dünya praktikasından da məlumdur ki, o dövlətdə korrupsiya və rüşvətxorluq yüksək həddə olursa orada inkişaf olmur və bundan həmişə xalq və dövlətçilik ziyan çəkir. Bu yaramaz məmurlar da prezident bu islahatları başladan andan bunu anlamalı bu cür hərəkətlərə yol verməməli idilər.

- Bu gün biz böyük təəccüb və təəssüf hissi ilə aşkar edirik ki, bir tərəfdən erməni təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizi bir tərəfdən də öz məmurlarımız, həm də əslində bu mədəniyyətin keşiyində durmalı olan məmurlar talan etməklə məşğuldurlar. Anar müəllim, sizin fikrinizcə, belələrinə qarşı qanunun ən sərt formada tətbiqini tələb edən cəmiyyətimiz nə dərəcədə haqlıdır?

- Çox təəssüf ki, mədəniyyətimizin keşiyində və inkişafına cavabdeh şəxslər mədəniyyətdən uzaq tərbiyəsiz, şərəfsiz hərəkətlərlə məşğul olmuşlar. Hesab edirəm ki, bu istiqamətdə hələ araşdırmalar aparılacaq və biz daha bir neçə bu sahənin məmurlarının cəzalandırilacağının şahidi olacayiq. Mənim fikrimcə bu işğal altındakı maddi mədəni abidələrimizi məhv edən ermənilərlə bu insanlar arasında heç bir fərq yoxdur. Mənim səlahiyyətimdə olsa idi o şəxslərlə müharibə qanunları ilə rəftar edərdim. Mən onlara ağır cəzanın verilməsini tələb edirəm. Mən istəməzdim ki, bu şəxslər vurduqları ziyana görə 10-15 həbs cəzası alsınlar. Daha ağır cəza verilməlidir...

- Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildən bəri həyata keçirilən hüquqi, institusional və kadr islahatlarının əsas xətlərindən biri kimi korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi yönümündə atılan addımları, fikrinizcə, effektiv hesab etmək olarmı?

- Mən bu gün cənab prezidentin 2018-ci ildən bəri bütün sahələri əhatə edən islahatlarını yüksək qiymətləndirir və dəstəkləyirəm. Bu təkcə mənim mövqeyim deyil əksər Azərbaycan vətəndaşlarının bu gün fikri və mövqeyidir. Xalq bu gün öz prezidentinə inanır və onun apardığı siyasəti dəstəkləyir. Məhz Azərbaycan prezidentinin də bu gün atdığı qətiyyətli addımlar öz xalqına arxalanmağın və inamın bariz nümunəsidir. Hesab edirəm ki, hər kəs əmin olmalıdır ki, xalqın və dövlətin əmlakına və puluna xor baxanların aqibəti bu gün həbs olunan məmurlar kimi olacaqdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

51 224 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2020
04-06-2020
{sape_links}{sape_article}