Mobil versiya
Bakıda yaşlı ər-arvad yaşadıqları evdə öldürüldülər
Tarix: 03-03-2016 | Saat: 11:16
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər

Bakıda yaşlı ər-arvad yaşadıqları evdə öldürüldülər

Bakıda dəhşətli cinayət hadisəsi baş verib.

Aia.az bildirir ki, Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Pirallahı rayonunda qeydə alınıb.

Rayon sakinləri - 1928-ci il təvəllüdlü Hacı Əmirov və onun həyat yoldaşı, 1933-cü il təvəllüdlü Sona Əmirovanın meyitləri yaşadıqları evdə aşkar edilib.

Meyitlərə baxış keçirilərkən qadının üzərində zorakılıq əlamətləri aşkar edilib. Hadisənin baş vermə səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024