Mobil versiya
AzTV-nin aparıcısı efirdəki bu sözlərinə görə qınanıldı
Tarix: 09-05-2020 | Saat: 12:36
Bölmə:Karusel / Ölkə / Aia TV | çapa göndər

AzTV-nin aparıcısı efirdəki bu sözlərinə görə qınanıldı



Azərbaycan Televiziyasında yayımlanan “Çıxışa doğru” tok-şousunun aparıcısı Nailə Babayevanın qadın zorakılığı mövzusu ilə bağlı səsləndirdiyi mülahizələr sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

AİA.Az xəbər verir ki, xanım aparıcı çıxışında qadınların döyülməsində bəzən elə onların da səbəbkar olduğunu vurğulayıb: “Hələ biz döyəni qoyaq bir tərəfə, baxaq görək döyülən niyə döyülür? Nə qədər kişiləri pis vəziyyətdə qoyan xanımlar var. Gəlin bununla da razılaşaq. Xanım özünü o dərəcəyə kimi gətirməməlidir ki, döyülsün”.

Daha sonra sosial şəbəkədə haqqında yazılan tənqidi fikirlərə cavab verən N. Babayevə səsləndirdiyi fikirlərə aydınlıq gətirərək proqramda çatdırmaq istədiyi mesajın tutulmadığını, jurnalistlər tərəfindən deyilən fikrin kontekstdən çıxarıldığını bildirib:

“30 il olacaq ki, peşəkar KİV nümayəndəsiyəm, məni əksəriyyət tanıyır və şiddətə mövqeyimdən məlumatlıdırlar. Siz heç olmasa, bir dəfə qadın sığınacağında olsanız, əzilən, döyülən xanımların həyatı ilə maraqlansanız, onların həyat hekayəsini dinləsəniz, yanaşmanız birmənalı olacaq. Statistikaya görə, hər 100 qadından 70-i döyülür. Qadına əl qaldırdıqca o susur, gizlədir, danışmır, ona görə də, bu hallar səngimir. Demək ki, günah özündədir. Biz ona dəstək olmaq üçün gərək o, bizə kömək olsun, dərdini gizlətməsin, əksinə hüquqlarını müdafiə etsin. Mənim emosiyalarıma səbəb budur”.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə