Azərbaycan daha bir neçə beynəlxalq sənədə qoşulub
Tarix: 05-05-2020 | Saat: 12:44
Bölmə:Karusel / Gündəm | çapa göndər

Milli Məclisin bu gün keçirilən plenar iclasında bir neçə beynəlxalq sənədin təsdiq edilməsi məsələsi müzairəyə çıxarılıb.
Trend-in məlumatına görə, iclasda “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyanın, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisindən tranzit qaydası haqqında 1999-cu il 4 iyun tarixli Sazişdə dəyişikliklər edilməsi barədə” Protokolun, “Azad ticarət zonasının yaradılması haqqında Sazişin iştirakçısı olan dövlətlər arasında dövriyyədə olan əmtəələrin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti qaydası haqqında 1999-cu il 8 oktyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədə” Protokolun, “1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair” Protokolun təsdiq edilməsi məsələsinə baxılıb.
Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq qəbul edilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-02-2025