Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan daha bir neçə beynəlxalq sənədə qoşulub
Azərbaycan daha bir neçə beynəlxalq sənədə qoşulub5-05-2020, 12:44. Yazar: sevinc1 |
![]() Milli Məclisin bu gün keçirilən plenar iclasında bir neçə beynəlxalq sənədin təsdiq edilməsi məsələsi müzairəyə çıxarılıb. Trend-in məlumatına görə, iclasda “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyanın, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisindən tranzit qaydası haqqında 1999-cu il 4 iyun tarixli Sazişdə dəyişikliklər edilməsi barədə” Protokolun, “Azad ticarət zonasının yaradılması haqqında Sazişin iştirakçısı olan dövlətlər arasında dövriyyədə olan əmtəələrin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti qaydası haqqında 1999-cu il 8 oktyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədə” Protokolun, “1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair” Protokolun təsdiq edilməsi məsələsinə baxılıb. Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq qəbul edilib. aia.az Geri dön |