Mobil versiya
Koronavirusun yeni dərmanı tapıldı: xilas dəvədə imiş
Tarix: 02-05-2020 | Saat: 16:10
Bölmə:Manşet | çapa göndər

Koronavirusun yeni dərmanı tapıldı: xilas dəvədə imiş



Lamalardan alınan anticisimlər COVID-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 vurisunu bloklamağa qadirdir.

AİA.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, beynəlxalq alimlər qrupunun apardığı tədqiqatdan alınan bu nəticə barədə Cell jurnalında yazılıb.

İnsan orqanizminə daxil olmaq üçün koronavirus ona hüceyrələrə hücum etməkdə yardımçı olan xüsusi zülaldan istifadə edir. Alimlər həmin zülalı bloklamağa qadir maddə yaratmağı qərara alıblar.

Onlar lamaların orqanizmində yaranan iki tip anticismi birləşdiriblər. Nəticədə koronavirusa qarşı dayanıqlı olan maddə alınıb.

"Bu, SARS-CoV-2-ni neytallaşdıran ilk anticisimlərdən biridir", - Texas Universitetinin dosenti Ceyson Maklellan deyib.

Testlər nəticəsində məlum olub ki, bu anticisimləri insan orqanizminə peyvənd kimi daxil etmək lazımdır. Onların effektivliyi yoluxmadan bir ay əvvəl orqanizmə yeridiləndə meydana çıxır. Bundan başqa, artıq yoluxmuş pasiyentlərdə də onlardan dərman kimi, ağırlaşan fəsadların qarşısını almaq məqsədilə istifadə etmək olar.

Tədqiqat 2016-cı ildən başlayıb. Onun məqsədi SARS-CoV-2 yeni tip koronavirusuna yaxın olan SARS-CoV-1 və MERS-CoV viruslarına qarşı vasitə tapmaq olub.

Alimlər hesab edirlər ki, lamalardan alınan anticisimlər koronavirus qarşısında daha zəif olan əhali qrupunu: pensiyaçıları və xroniki xəstəlikləri olanları qorumaqda istifadə oluna bilər.

Yeni koronavirus pandemiyası, demək olar ki, bütün dünyanı bürüyüb. ÜST-ün məlumatına görə, 3 milyondan çox insan yoluxub, onlardan 1 milyonu sağalsa da, 208 min nəfər ölüb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024