Mobil versiya
Bir gün evdən çıxdı, peşman etdilər
Tarix: 29-02-2016 | Saat: 11:30
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər

Bir gün evdən çıxdı, peşman etdilər


Bakının Sabunçu rayonunda evdən oğurluq hadisəsi baş verib.

Aia.az anspress-ə istinadən bildirir ki, "Şuşa" şəhərciyi yaxınlığında, yeni yaşayış massivində Abbasov Vüqar Bəhmən oğluna məxsus fərdi yaşayış evi gecə saatlarında qarət olunub. Zərərçəkmiş ev sahibi isə bundan ertəsi gün xəbər tutub.

Özünün dediyinə görə, onlar cəmi bircə gün evdə olmayıblar. Evin bir günlük boş qoyulması isə naməlum oğrular üçün kifayət edib. Baş vermiş hadisə Vüqar Abbasovun rastlaşdığı ilk oğurluq olduğu üçün bunu nəzərə almayıb.

Oğurluğu ilk olaraq qonşular görüb. Onlar səhər saatlarında Abbasovların qapısının-pəncərəsinin açıq olduğunu görüb və ev sahiblərini axtarmağa başlayıblar. Elə Vüqar Abbasov gələndə də qonşularını həyətində görüb. Hətta oğurluq baş verən gecə qonşuluqda yaşayan yaşlı bir kişi evə girən şəxslərlə üzləşdiyini də ona nəql edib. Onun gördüyü bir-iki təfərrüat isə sonradan istintaq üçün də dəyərli olub.

Bundan sonra oğurluqla bağlı Sabunçu RPİ-nin 12-ci Polis Bölməsi də məlumatlandırılıb. Bölmənin əməkdaşlarından və kriminalist ekspertlərdən ibarət əməliyyat qrupu evə baxış keçirib və müvafiq nümunələr götürülüb. Hazırda əməliyyat-axtarış işləri aparılır.

Son günlər Bakıda və ümumilikdə Azərbaycanın müxtəlif bölgələrində evlərdə və mağazalarda oğurluq hadisəsi çoxalıb. Buna insanların pullarını banklara qoymayaraq evdə və obyektlərdə saxlamaları səbəb kimi göstərilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024