Mobil versiya
Meyvə-tərəvəzlərdəki "zəhəri" necə təmizləyək? - EFFEKTİV ÜSULLAR
Tarix: 26-04-2020 | Saat: 21:13
Bölmə:Qərbi Azərbaycan / Media | çapa göndər

Meyvə-tərəvəzlərdəki "zəhəri" necə təmizləyək?



Artıq sirr deyil ki, meyvə-tərəvəzlərdə bakteriya, virus və zərərvericilərin təsirini aradan qaldırmaq üçün pestisidlərdən istifadə olunur. Odur ki, onlar yeməzdən əvvəl yuyulmazsa, kimyəvi maddələr bədəndə toplanır və xəstəlik törədir. Bəs pestisidləri meyvə-tərəvəzlərdən çıxarmaq mümkündürmü?

AİA.Az xəbər verir ki, pestisidlər tənəffüs, qan dövranı, ürək-damar sistemi, qaraciyər, böyrək və həzm sisteminə mənfi təsir edə bilər. Ekspertlərin sözlərinə görə, bu səbəbdən də pestisid qalıqlarını təzə meyvə və tərəvəzlərdən çıxartmaq vacibdir.

Türkiyəli dietoloq Gökce Bönce bu maddələrin zərərli təsirlərindən qorunmaq üçün təbii şəraitdə yetişdirilən məhsullar almağı məsləhət görüb:

"Bugünkü şəraitdə təbii şəkildə yetişdirilən meyvə-tərəvəz tapmaq və ya almaq həmişə mümkün olmur. Onların üzərindəki pestisid qalıqlarını təmizləmək üçün çoxları sirkəli su ilə yuyur. Lakin bu qalıqları minimuma endirməkdə təsirli deyil, sadəcə mikroorqanizm yükünü azaldır.

Tədqiqatlar göstərib ki, sirkə suyu pestisid qalıqlarının təsirini daha da artırır. Suya sirkə əlavə etməkdə əsas məqsəd, turşu yuyucu mühit yaratmaq və kifayət qədər yuyulmadığı təqdirdə yeməkdə ola biləcək zərərli maddələri təmizləməkdir. Ancaq bu gün tez-tez istifadə olunan pestisidli məhsullar kifayət qədər yuyulmadığı üçün bədənə daxil olur. Bu da onların zərərli təsirlərinin uzun müddət davam etməsinə səbəb olur.

Meyvə və tərəvəzləri 10 qram biokarbonatla qarışdırılmış 1 litr suda ən azı 8 dəqiqə yuyun. Bu, pestisidlərin təmizlənməsində effektli olacaq. Sirkəli suda da meyvə-tərəvəzləri bir daha yuyaraq bakteriyalardan təmizləndiyinə əmin ola bilərsiniz". (publika.az)

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024