Mobil versiya
İraqda partlayış: 70 nəfər həlak olub
Tarix: 29-02-2016 | Saat: 11:02
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər


Məsuliyyəti İŞİD yaraqlıları üzərinə götürüb.

Fevralın 28-də İraqda Bağdad yaxınlığında yerləşən Mədinət-əs-Sədr şəhərində iki partlayış baş verib.

Aia.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Məlumata görə, iki terror aktı nəticəsində ölənlərin sayı 70-ə çatıb, 100 nəfərdən çox isə yaralanan var.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayıcıların olduğu motosikletləri yaraqlılar mobil telefon bazarında kütlə içərisində partladıblar.

Digər məlumata görə, özünü yalnız bir yaraqlı partladıb, o, bomba partladıqdan sonra qurğunu işə salıb.

Baş verənlərə görə məsuliyyəti İŞİD yaraqlıları öz üzərinə götürüb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024