Mobil versiya
Kəlbəcərli girovların taleyi müzakirə olundu
Tarix: 09-07-2015 | Saat: 18:50
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər

Kəlbəcərli girovların taleyi müzakirə olundu
Ermənistanın bu barədə tutduğu mövqe beynəlxalq hüquq normalarına saymazlıq və ciddi özbaşınalıq kimi dəyərləndirilib.
Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov iyulun 9-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duranı qəbul edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin mandatına uyğun fəaliyyəti ilə bağlı cari və perspektiv məsələlərin müzakirə olunduğu görüşdə həmçinin BQXK ilə Azərbaycan hökuməti, eləcə də digər tərəfdaşlar arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələrindən də danışılıb. Bu qurumun cəbhə xətti boyunca həyata keçirdiyi layihələri, onların icra mexanizmi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Ölkəmizdəki fəaliyyətlərinə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirən Deniz Duran bunun BQXK-nın dünyanın müxtəlif ölkələrindəki humanitar fəaliyyətinin dəstəklənməsi üçün də mühüm önəm daşıdığını diqqətə çatdırıb.


Baş nazirin müavini Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmisi Deniz Duranı qəbul edir



Qəbulda həmçinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz doğma yurdularını və ata-analarının məzarını ziyarət edərkən ermənilər tərəfindən girov götürülmüş, sonra isə separatçı Dağlıq Qarabağ rejiminin «məhkəməsinin qərarı ilə» barələrində «hökm» çıxarılmış azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevlə və onların bu günkü durumları ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə işğalçı ölkənin bu barədə tutduğu mövqe Ermənistan tərəfindən beynəlxalq hüquq normalarına saymazlıq, onları kobud şəkildə pozmaq və ciddi özbaşınalıq kimi dəyərləndirilib.

Ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Separatçı Dağlıq Qarabağ rejiminin “məhkəməsi” dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə “hökm” çıxarıb.


Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev "məhkəmə" zalında



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə