Səhiyyə Nazirliyi: İndi hamının maska taxması tövsiyə edilir
Tarix: 20-04-2020 | Saat: 14:02
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər
Əvvəl maskanın yalnız xəstələr tərəfindən istifadəsi deyilirdisə, indi hamının taxması tövsiyə edilir.
Bunu Trend-ə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.
Onun sözlərinə görə, bununla bağlı təşviqat bütün dünya ölkələrində aparılır.
N.Seyidov qeyd edib ki, karantin tədbirləri yumşaldılsa belə, insanlar hələ bir müddət maskadan istifadə etməli və əllərin gigiyenasına əməl etməlidir:
"Koronavirus pandemiyası nə vaxt qurtaracaq bunu heç kim proqnoz verə bilmir. Ona görə də bu, hələ çox uzun müddət bizim həyatımızın normasına çevriləcək".
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndələrinin rəhbəri Hande Harmancı da bildirib ki, bir il boyunca koronavirus gündəmdən çıxmayacaq:
"Koronavirus pandemiyasının hələ nə qədər davam edəcəyi ilə bağlı heç bir məlumat verə bilmərik. Ona görə də bu barədə dəqiq fikir bildirmək düzgün deyil. Çünki virusun yaranma səbəbləri də hələlik bəlli deyil".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024