Mobil versiya
Nərgiz Cəlilovadan iddia: “Koronavirus bir oyundur”
Tarix: 20-04-2020 | Saat: 09:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

Nərgiz Cəlilovadan iddia:


"Tək yaşayıram. Karantin rejimi tətbiq ediləndən sonra evimdə çalışan köməkçim gələ bilməyib. Elə o gündən başlayaraq, evin bütün işləri ilə özüm məşğul oluram. Fikirləşdim ki, kimdən artığam?(gülür)Yemək bişirdim, təmizlik işlərini gördüm. Bundan çox böyük həzz aldım.

Eyvanımda çoxlu güllərim var. Onları suladım, torpağını yenilədim. Bir sözlə, onlara da zamanayırdım. Artıq izlədiyim filmlərin də məzmunu mənim üçün dəyişdi. Karantin rejimində yalnız müsbət əhval bəxş edən filmlərə baxmağa başlamışam”.

Oxu.Azxəbər verir ki, bunu məşhur teleaparıcı Nərgiz Cəlilova Əməkdar artist Bəhram Bağırzadənin "Instagram” hesabında açdığı canlı yayımın qonağı olarkən dilə gətirib.

N.Cəlilova karantinin insanları aqressivləşdirdiyini söyləyib, onları xoşniyyətli olmağa səsləyib:
"Əvvəlcə hamının əhval-ruhiyyəsi sankinədənsə gözümə bədbin göründü. Get-gedə insanlar evdə qalmaqla darıxmağa başladılar. Hərəkət olmadığından aqressivlikbaşladı. Söz atmaq, həqarət, ittiham etmək kimi məsələlərlə üz-üzə qaldıq. Hər dəqiqə müxtəlif çağırışlar edirik ki,"evdə qal”, "güc birlikdədir”, "bərabər olaq”, "virusa savaş açaq”, "virusa qalib gələk”.
Bəs necə oldu bizimbirliyimiz? Bu sual qarşısında qaldım. Bir tərəfdən də insanları başa düşməyə çalışdım. Bir daha insanları xoşniyyətli olmağa səsləyirəm. Yalnız bununla bir-birimizə söz çatdıra bilərik. Xüsusənbu ağır və çətin dövrdə”.

Müsahibənin sonunda isə teleaparıcı koronavirus pandemiyasının bir oyun olduğunu iddia edib:

"Bu bəla bütün dünyanın başından rədd olub getsin! Yaşadığımız bu hadisələrlə bağlı ağlımda bəzi müəmmalar var. Bu, mənim iddiamdır ki, koronavirus bir oyundur.

Karantin bitəndən, həyat öz axarına düşəndən sonra bunun fəsadı nə olacaq, nəticəsi nə olacaq, düşünürəm ki, biz hələ bilmirik. İstəyirəm ki, bütün bunlar bir yuxu kimi həyatımızdan keçsin. Yəqin ki, bunların nə üçün olduğunun tüstüsü çıxacaq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024