Mobil versiya
Karantin rejiminə ciddi şəkildə riayət etmək lazımdır
Tarix: 16-04-2020 | Saat: 17:05
Bölmə:Gündəm | çapa göndər

Karantin rejiminə ciddi şəkildə riayət etmək lazımdır




“Şəfəq” Ekotruzm İctimai Birliyinin prezidenti Vamiq Babayevin müsahibəsi

- Vamiq müəllim, Qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bu gün ölkəmizdə dövlət və cəmiyyət tərəfindən həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Özünütəcrid və “evdə qal” kampaniyaları ilə bağlı vətəndaşlarımıza nələri çatdırmaq istərdiniz?

- Koronavirus (COVİD-19) pandemiyası ümumbəşəri bir bəla kimi dünyaya yayıldı. Hətta ən güclü səhiyyə sisteminə malik olan dövlətlər də bu bəlanın qarşısını almaqda hələ ki, acizdirlər. Şükürlər olsun ki, bizim ölkədə infeksiya digər ölkələrlə müqayisədə az yayılıb. Bu da əlbəttə ki, başda möhtərəm Prezidentimiz cənab İlham Əliyev olmaqla dövlətimiz tərəfindən görülən zəruri qabaqlayıcı tədbirlər sayəsindədir. Əminliklə deyə bilərəm ki, görülən tədbirlər, atılan addımlar çox düzgün və vaxtında atılmış addımdır. O cümlədən təhsil müəssisələrinin, iaşə obyektlərinin bağlanması, kütləvi tədbirlərin keçirilməsinə qoyulan qadağalar, tətbiq olunan karantin rejimi yalnız və yalnız insanlarımızın qorunması məqsədilə həyata keçirilir. Fədakar həkimlərimiz bütün təhlükələri göz önünə alaraq xəstələrin qayğısını çəkirlər. Evdə qalaraq qazanc əldə edə bilməyən, çətin vəziyyətdə yaşayan insanlara, hətta sahibkarlara dövlət yardım ayırdı. Biz vətəndaşların da borcu karantin rejiminə, xüsusən də özünütəcrid kampaniyasına ciddi şəkildə riayət etməkdir. Yalnız bu yolla biz dövlətimizə dəstək ola, özümüzü və yaxınlarımızı qoruya, pandemiyaya qalib gələ bilərik.

- Ölkə Prezidenti cənab İlham Əliyevin VI çağırış Milli Məclisin açılış sessiyasındakı çıxışında, eləcə də Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik çıxışında ölkədə yeni siyasi dövrün başlanması, siyasi partiyaların dövlətçilik mövqeyindən çıxış etməli olduqları və iqtidar-müxalifət dialoqunun formalaşmasının zəruriliyi ilə bağlı söylədiyi fikirlərindən sonra ölkədə fəaliyyət göstərən siyasi partiyaların fəaliyyəti, eyni zamanda Prezident Administrasiyasında yeni yaradılmış “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbənin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyiniz çıxışlarında yer almış, siyasi partiyalara ünvanlanan çağırışı sözsüz ki, dövlətimizin və xalqımızın maraqlarına tam uyğundur. Çox təqdirə layiq haldır ki, demək olar bütün siyasi partiyalar da dövlət başçımızın söylədiyi fikirləri düzgün qiymətləndirdilər və qəbul etdilər. Həqiqətən də iqtidar-müxalifət dialoqunun formalaşması ölkəmizin inkişafı üçün zəruri şərtlərdən biridir. İslahatların başlandığı bir dövrdə Prezident Administrasiyası demək olar ki, tam yeni tərkibdə formalaşmış, yeni şöbələr yaradılmışdır. Məhz elə bu baxımdan da Prezident Administrasiyasında yeni yaradılmış “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbənin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Əminəm ki, bu şöbənin fəaliyyəti çox yaxın vaxtlarda artıq öz müsbət nəticələrini verəcək.

- Yeni formalaşmış Milli Məclisin rəhbər heyətində bütün mandat qazanmış siyasi partiyaların təmsil olunmasını necə qiymətləndirirsiniz? Qanunvericilik hakimiyyətinin gələcək fəaliyyətini necə görürsünüz?

- Milli Məclisin rəhbər heyətində müxtəlif siyasi partiyaların təmsil olması çox müsbət bir haldır. Qeyd etmək lazımdır ki, bunun da təşəbbüskarı məhz ölkə Prezidenti cənab İlham Əliyev olmuşdur. Çox partiyalı Parlament Azərbaycanın sözün əsil mənasında sivil və demokratik bir dövlət olduğunu bir daha sübut edir. Elə bilirəm ki, yeni formalaşmış parlamentimizdən bundan sonra daha mükəmməl, ölkəmizin inkişafını daha da sürətləndirəcək qanunların qəbul olunmasını gözləyə bilərik.

- Aprel ayının 6-da ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin yaradılmasının əhəmiyyətini, eləcə də dövlət başçımız tərəfindən növbəti humanist addım olaraq 65 yaşdan yuxarı məhbusların azadlığa buraxılmaları barədə verdiyi qərarını necə qiymətləndirirsiniz?

- Birmənalı olaraq demək lazımdır ki, Sumqayıt Sənaye Parkında qısa zamanda tibbi maska istehsalı müəssisəsinin yaradılması həqiqətən də bizim növbəti böyük uğurumuzdur. Bu, həm də böyük iqtisadi əhəmiyyət kəsb edən bir məsələdir. Bu müəssisənin açılışı bir daha göstərdi ki, Azərbaycan dövləti, şəxsən ölkə Prezidenti cənab İlham Əliyev hətta ən böhranlı anlarda belə dəqiq, məqsədyönlü və düzgün qərarlar qəbul edir. Belə bir məqamda tibbi maska istehsalı müəssisəsinin yaradılması həm də iqtisadiyyatımıza, sahibkarlığın inkişafına və işsizliyin aradan qaldırılması məsələsinin həllinə gözəl bir töhfə oldu.

Dövlət başçımızın məlum sərəncamı ilə 65 yaşdan yuxarı məhbusların azadlığa buraxılmaları isə bir daha möhtərəm Prezidentimizin humanistliyini, sosial statusundan asılı olmayaraq hər bir vətəndaşın qayğısına qalmağı özünə borc bildiyini nümayiş etdirdi.

Həsən Musayev



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024