Mobil versiya
Koronavirusla mübarizə üçün 19 azərbaycanlı həkim ölkəyə gəlib - RƏSMİ
Tarix: 16-04-2020 | Saat: 11:38
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər

Koronavirusla mübarizə üçün 19 azərbaycanlı həkim ölkəyə gəlib -


"REACT-C19 layihəsinin məqsədi hazırda COVID-19-a yoluxmuş xəstələrin müalicəsi üçün bölgələrdəki seçilmiş xəstəxanalarda COVID-19-la bağlı əsas bacarıqları sürətlə inkişaf etdirməkdir”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsi ilə bağlı keçirilən tədbirdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, layihədə Türkiyədə çalışan 19 azərbaycanlı həkim iştirak edəcək:

"Layihə çərçivəsində bölgələrdə yerləşən xəstəxanalarda çeşidləmə "triaj” sisteminin tətbiqi, infeksiyaların qarşısının alınması və nəzarət, xəstəlik hallarının idarə olunması, reanimasiya sistemlərinin qurulması, xəstəxanalardakı heyətə lazımi sistemlərin yaradılması və uzunmüddətli saxlanılması ilə bağlı sürətli təlimlər keçməkdir.
Bu xəstəxanalarda yeni təlim keçmiş kadrları dəstəkləmək üçün onlayn, mobil və ya rəqəmsal texnologiyalar yaratmaq nəzərdə tutulur”.

Qeyd edək ki,Türkiyədən gəlmiş azərbaycanlı həkimlərdən formalaşdırılmış dörd heyətin hər birində infeksiyanın qarşısının alınması və nəzarət, triaj, yoluxma hallarının idarə olunması və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) üzrə mütəxəssislər təmsil olunur.(oxu.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024