Mobil versiya
Aslan İsmayılov: “Ziyad Səmədzadə koronavirusa görə karantindədir”
Tarix: 15-04-2020 | Saat: 10:52
Bölmə:Karusel / Gündəm | çapa göndər

Aslan İsmayılov:


Artıq neçənci dəfədir ki, Koronavirusla Mübarizə Fonduna yığılmış pullar barədə hesabat verilməsini tələb edirəm. 9 apreldə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov elan etdi ki, "Bu, xalq vəsaitidir. Çox müqəddəs bir iş, ölkəmizin və xalqımızın təhlükəsizliyini təmin etmək üçün xərclənəcək. Bununla bağlı komissiya yaradılacaq. Komissiyada alimlər, deputatlar, maliyyəçilər, iqtisadçılar olacaq. Həmin adamlar qərar verəcək ki, istiqamət hara xərclənsin. Onlar həm də vəsaitin xərclənməsinə nəzarət edəcəklər”.

Az sonra 7 nəfərdən ibarət komissiya da yaradıldı. Bu günə qədər də həmin komissiyanın işindən bir xəbər yoxdur. Olan xəbər ancaq odur ki, komissiyanın üzvlərindən biri 80 yaşlı Ziyad Səmədzadə koronavirusa görə karantindədir.

Bir daha təkrar edirəm, bu, həqiqətən xalqın vəsaitidir və bunun yığılma səbəbi koronavirus vaxtı imkansız ailələrə kömək məqsədi daşıyırdı. Bu pullar da Koronavirus bitəndən sonra yox, məhz bu dövr xərclənməlidir.

Mən hələ də həmin komissiyanın formalaşma prinsipini anlamadım. Həmin komissiyada hakimiyyətdən kənar fikrin təmsilçisi kimlərdir? Hakimiyyət komissiyaya əhalinin etibarı barədə düşünürmü? Onlarla belə suallar hələ də cavabsız qalıb.

Aslan İsmayılov

Hüquqşünas



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024