Mobil versiya
Miqrant fəlakəti: sərhədlər bağlanır, intiharlar başlanır - FOTO
Tarix: 26-02-2016 | Saat: 10:44
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər



Yaxın Şərq və Şimali Afrika ölkələrindən Avropa Birliyinə qaçan miqrantlar Yunanıstan üçün əməlli-başlı problemə çevrilib. Makedoniya sərhədlərini bağlayandan sonra 20 min miqrant Yunanıstana yönəlib.

Aia.az BBC-yə istinadən bildirir ki, ölkədəki futbol stadionları miqrantlar üçün müvəqqəti sığınacaq yerlərinə çevrilir.

Dünən paytaxt Afinanın mərkəzi meydanında isə iki miqrant sərhədlərin bağlanmasına etiraz əlaməti olaraq özlərini asaraq intihar etmək istəyib.

Miqrant böhranı ilə bağlı kəskin fikir ayrılığı fonunda Yunanıstan Avstriyadakı səfirini geri çağırıb.

Bundan əvvəl Avstriya miqrasiya mövzusunda Balkan ölkələrilə keçirdiyi görüşə Yunanıstanı dəvət etməyib.

Rəsmi Afina Vyananın bu addımını "soyuq hərəkət" kimi dəyərləndirib.

Yunanıstan səfirinin "məsləhətləşmələr" üçün çağırıldığını bildirir.

Avropa İttifaqı və Balkan ölkələrindən olan nazirlər Brüsseldə görüşərək miqrant böhranı ilə bağlı fikir ayrılığını həll etməyə çalışırlar.

Avstriya, Serbiya və Makedoniya miqrantların girişini məhdudlaşdırmaq üçün addımlar atıb.

Yunanıstan digər Avropa ölkələri tərəfindən nəzarətin gücləndirilməsinin miqrantların Yunanıstanda qalmasına gətirib çıxaracağından narahatdır.



Miqrant axını ilə bağlı fikir ayrılığı Aİ-nin miqrasiya siyasətilə ilə bağlı gərginliyi artırır.

Bu il Avropaya 100 mindən çox miqrant gəlib. Onların əksəriyyəti Balkan yarımadasından keçib.

Avropa İttifaqı Şurası prezidenti Donald Tusk xəbərdarlıq edir ki, böhranın həllinin uzanması Britaniyanın Aİ-ni tərk etməsinə gətirib çıxara bilər.

Bu il Britaniyada Aİ-nı tərk etməklə bağlı referendum keçiriləcək.

Brüsseldə görüşən Aİ daxili işlər nazirləri Avstriya və səkkiz Balkan ölkəsi tərəfindən miqrant axınının məhdudlaşdırılmasına dair hazırlanmış planları dinləyəcəklər.

Təklif olunan tədbirlər arasında sərhədi keçən hər kəsin barmaq izlərinin götürülməsi və pasportu olmayan və ya saxta sənədli hər kəsi geri qaytarmaq da var.

Ölkələr yalnız müdafiəyə ehtiyacı olan şəxslərin qəbul olunmasına niyyətlidirlər. Bəzi ölkələr bunun yalnız suriyalı və iraqlı qaçqınlar olduğunu düşünürlər.

Makedoniya həftə sonu Yunanıstanla sərhədində tədbirlər görməyə başlayıb. Makedoniya miqrantların əkəsəriyyətini təşkil edən əfqanların ölkəyə girişinə qadağa qoyub.



Keçən sentyabr ayında Aİ nazirləri İtaliya, Yunanıstan və Macarıstandakı 120 min miqrantın Aİ ölkələri arasında bölüşdürülməsinə razılaşıblar.

Lakin Rumıniya, Çex Respublikası, Slovakiya və Macarıstan əksəriyyətin razılaşdığı qərara qarşı çıxıb.

Macarıstan Aİ-nin məcburi miqrant kvotalarına dair referendum keçirəcəyini bildirib.

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, kvotalar "Avropanın mədəni və dini kimliyini yenidən müəyyənləşdirə bilər".

Referendum, parlamentdə təsdiq ediləcəyi təqdirdə payızda keçiriləcək.

Beynəlxalq Miqrasiya Təşkilatı (İOM) bildirib ki, bu il Avropaya gəlmək istəyən 400-dən çox miqrant həlak olub.











Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024