Mobil versiya
Azərbaycanda daha 50 koronavirusa yoluxma qeydə alındı, 39 nəfər sağaldı, 1 nəfər vəfat etdi - Operativ Qərargah
Tarix: 13-04-2020 | Saat: 18:02
Bölmə:Manşet / Ölkə | çapa göndər

Azərbaycanda daha 50 koronavirusa yoluxma qeydə alındı, 39 nəfər sağaldı, 1 nəfər vəfat etdi -


Azərbaycan Respublikasında 50 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, bir nəfər vəfat etmiş, 39 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1955-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 289 nəfəri müalicə olunaraq sağalıb,12 nəfər vəfat edib, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 2373 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024