Ana Sayfa > Manşet / Ölkə > Azərbaycanda daha 50 koronavirusa yoluxma qeydə alındı, 39 nəfər sağaldı, 1 nəfər vəfat etdi -

Azərbaycanda daha 50 koronavirusa yoluxma qeydə alındı, 39 nəfər sağaldı, 1 nəfər vəfat etdi -


13-04-2020, 18:02. Yazar: sevinc1
Azərbaycanda daha 50 koronavirusa yoluxma qeydə alındı, 39 nəfər sağaldı, 1 nəfər vəfat etdi -


Azərbaycan Respublikasında 50 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, bir nəfər vəfat etmiş, 39 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1955-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 289 nəfəri müalicə olunaraq sağalıb,12 nəfər vəfat edib, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 2373 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

aia.az
Geri dön