Mobil versiya
Azərbaycanda koronavirusla mübarizə ilə bağlı 40-dan çox ölkədən 600 müraciətçi bir araya gələcək
Tarix: 10-04-2020 | Saat: 14:13
Bölmə:Gündəm | çapa göndər

Azərbaycanda koronavirusla mübarizə ilə bağlı 40-dan çox ölkədən 600 müraciətçi bir araya gələcək



Azərbaycanda keçiriləcək Virtual Hakaton 40-dan çox ölkədən 600 müraciətçini koronavirusla mübarizə üçün texnoloji həllər tapmaq məqsədilə bir araya gətirir

Trend-in məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və SUP.VC 10-12 aprel tarixlərində koronavirusla mübarizə məqsədilə texnoloji həlləri ortaya çıxarmaq üçün Qlobal Virtual Hakaton təşkil edir.

Qısa müddətdə elan olunmasına baxmayaraq, hakatona 5 qitə və 45-dən çox ölkədən 600-dən çox nəfər müraciət edib. Müraciət edənlər Türkiyə, Fransa, Almaniya, İran, Çin, Pakistan, Birləşmiş Krallıq, Avstraliya, ABŞ, Kanada, Hindistan, Braziliya, Çili, Nigeriya və daha bir çox ölkənin vətəndaşlarıdır.

Onlayn şəkildə keçiriləcək hakatonun tərəfdaşları SOQAR AQS, Məlumat Hesablama Mərkəzi, Paşa Bank, Azərbaycan Turizm Bürosu, Təhsil Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABAD, Dövlət Turizm Agentliyi, , Ekologiya və Təbii Sərvətlər Nazirliyidir.

Hakatonun beynəlxalq dəstəkçiləri qismində isə Amazon Veb Xidmətləri, Meout təşkilatı, Startup Grind Tbilisi, Start-Ist, Avropa Startup Şəbəkəsi, Hackquarters, Tekwill və Astana Hub kimi təşkilat və şirkətlər yer alır.

Hakaton təhsil, səhiyyə, bizneslərə dəstək, turizm, məlumatlılığın artırılması və gündəlik xidmət tələbatlarının qarşılanması, sosial-humanitar, ətraf mühit kimi sahələrdə cari pandemiya ilə əlaqədar yaranmış təsirləri və fəsadları aradan qaldıran texnoloji həlləri bir araya yığmağı hədəfləyir.

Hakatonun qalibləri 12 aprel tarixində, günün ikinci yarısında elan olunacaq və mükafat olaraq 1-ci yerin sahibinə 5000 ABŞ dolları, 2-ci yerin sahibinə 3000 ABŞ dolları, 3-cü yerin sahibinə isə 2000 ABŞ dolları veriləcək.

Daha ətraflı məlumat üçün www.hackcov19.com veb saytına daxil ola bilərsiniz.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024