Mobil versiya
Hikmət Hacıyev: Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Biz birlikdə güclüyük” və biz birlikdə koronavirusa qalib gələcəyik
Tarix: 10-04-2020 | Saat: 11:39
Bölmə:Gündəm | çapa göndər

Hikmət Hacıyev:


Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Biz birlikdə güclüyük” və biz birlikdə koronavirusa qalib gələcəyik.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə bildirilib ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı tərəfindən elan edilən “Təmiz əllər” kampaniyasında iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Kampaniyada iştirak edən Hikmət Hacıyev ÜST tərəfindən qlobal pandemiyanın elan olunduğunu və bu mübarizədə hər kəsin evdə qalmasını, gigiyena qaydalarına riayət etməsini, o cümlədən sosial izolyasiyada olmasını və məsafə saxlamasını vacib şərtlərdən biri kimi vurğulayıb.

Həmçinin, koronavirus üçün xarakterik simptomlar olan quru öskürək, yüksək hərarət və s. kimi halların müşahidə olunması zamanı vətəndaşlarımızı təcili tibbi yardıma müraciət etməyə səsləyib. H.Hacıyev öz çağırışında bildirib ki, ÜST tərəfindən vacib tövsiyələrdən biri olan gigiyena qaydalarına və bu xüsusda da əllərin düzgün qaydada yuyulmasına riayət edilməsi mühüm məqamlardan biridir. O, kampaniyanı bu ifadələrlə başa çatdırıb: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Biz birlikdə güclüyük” və biz birlikdə koronavirusa qalib gələcəyik”.

Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlıdan estafeti qəbul edən Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer kampaniyada iştirak edib və estafeti Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə ötürüb. Keçirilən kampaniyada BMT-nin Azərbaycandakı nümayəndələri, beynəlxalq qurumların rəhbərləri və Azərbaycan rəsmiləri iştirak ediblər.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024