Mobil versiya
Xidmətçini “sən koronasan, bizə yoluxdurub qaçırsan” deyib döydü
Tarix: 04-04-2020 | Saat: 17:12
Bölmə:Aia TV | çapa göndər

Xidmətçini “sən koronasan, bizə yoluxdurub qaçırsan” deyib döydü





Müğənni-aparıcı Seren Serengil və sevgilisi Mustafa Tohma Özbəkistan əsilli xidmətçisinə şiddət göstərib.

Aia.az xəbər verir ki, Gülnoza Mamadova Beykoz Baş Prokurorluğuna müraciət edərək zorakılığa məruz qaldığını bildirib. Şikayətçinin vəkili Ali Çezik tərəfindən hüquq-mühafizə orqanlarına təqdim etdiyi ərizədə qeyd olunub:

“Gülnoza Mamadova Serengilin yanında iki həftə çalışıb, daha sonra yollarını ayırıb. Seren xanım yeni xidmətçi götürdü, lakin məmnun qalmadı və Gülnoranı yenidən işə dəvət etdi. 28 mart tarixində Mamadova çox yorğun olduğunu, istirahət üçün bir həftəlik icazə istəyib. Lakin Seren Serengil “siz xaricilər ucbatından korona oluruq, xəstəsən? Bizə yoluxdurub qaçırsan?” deyə bildirib. G. Mamadova xəstə olmadığını, bu cür sözlərlə xətrinə dəyildiyini bildirib.



Bundan sonra Seren xanım Gülnoranın saçından tutaraq evdə sürüyüb, yerə yıxaraq təpikləyib.Davaya Serengilin sevgilisi Mustafa Tohma da qatılıb. Lakin evi dezinfeksiya etməyə gələn işçilər hadisənin şahidi olub və onları ayırmağa çalışıb”.

Davadan sonra Gülnoza Mamadova həyətə çıxaraq polisə zəng vurub. Mustafa Tohma onun arxasıyla bayıra çıxaraq telefonu zorla əlindən alıb, lakin telefon açıq olaraq 1 dəqiqə 32 saniyəlik mübahisənin səs anı polis tərəfindən qeydə alınıb.



Bundan əlavə, otağında paltarlarını toplayan xidmətçiyə aparıcı yenidən hücum edib, təhqir edərək paltarlarını cırmağa başlayıb.

Daha sonra cütlük Mamadovanı zorla “34 SY 2211” dövlət nişanlı avtomobilə mindirərək meşəyə aparıb, orada qoyaraq geri qayıdıblar.

Faktla bağlı cinayət işi açılıb.







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə