Azərbaycanlı müğənniyə təcavüz etdiyi deyilən türkiyəli iş adamı: "Sevgili idik"
Tarix: 01-04-2020 | Saat: 19:15
Bölmə:Aia TV | çapa göndər
Türkiyədə yaşayan azərbaycanlı müğənni Sevinc Ağaşirinovanın təcavüz və şantajda günahlandırdığı iş adamı Levent Mümin bütün ittihamları rədd edir.
Aia.Az baku.ws-ə istinadən xəbər verir ki, türkiyəli iş adamı ARB TV-də yayımlanan "Show news" verilişinə müsahibəsində sənətçi ilə sevgili olduqlarını və evlənməyə hazırlaşdıqlarını deyib:
"Sevincin mediaya verdiyi açıqlamasında dediyi kimi onun meneceri yox, sponsoru olmuşam. Layihələrinə pul xərcləmişəm. Türkiyədə sənətini inkişaf etdirmək üçün evimi satdım, hamısını onun sənətinə xərclədim. Çünki biz sevgili idik, bütün çevrəmiz bilirdi. Evlənməyə hazırlaşırdıq. Mənim valideynlərim xaricdə yaşayır, onunla tanış olmaq üçün Türkiyəyə gəlmişdilər. Onu sevirdim.
Xatırladaq ki, S.Ağaşirinova menecerinin evlilik təklifini qəbul etmədiyi üçün problemlərlə üzləşdiyini açıqlamışdı:
"Hadisə 2 il əvvəl baş verib. Bildiyiniz kimi, 3 ildən çoxdur, Türkiyədə yaşayıram, karyeramı burada davam etdirirəm. Ona görə də menecer Levent M-lə çalışmağa başladım. İlk vaxtlar işbirliyimiz gözəl alınırdı. Sonra onun hərəkətləri məni narahat etməyə başladı. Bir neçə dəfə məni sevdiyini, evlənmək istədiyini dedi. Evlilik təklifini qəbul etmədiyim üçün mənə qarşı zorakılıq etməyə başladı, şantaj olunurdum. Deyirdi ki, özünü dənizə atacaq, öldürəcək. Bundan başqa, məni Azərbaycanda biabır etməklə, Türkiyədə qalmağıma imkan verməməklə, öldürməklə hədələyirdi. Mən də hücumlardan bezib polisə gedərək şikayət ərizəsi yazdım. Polis uzaqlaşdırma qərarı çıxartdı, mənə nə zəng edə, nə yaxınlaşa bilərdi. Amma o yenə də zəng etməyə davam etdi. Ona görə iş məhkəmədədir".
Qeyd edək ki, Sevincin şikayəti əsasında Leventin 5 il həbs cəzası istənilib. Məhkəmə yaxın günlərdə qərar çıxaracaq.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024