Mobil versiya
Metropolitendən YENİ QƏRAR - Koronavirusa görə... - FOTO
Tarix: 30-03-2020 | Saat: 19:30
Bölmə:Gündəm | çapa göndər

Metropolitendən YENİ QƏRAR - Koronavirusa görə... - FOTO





"Bakı Metropoliteni" QSC koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün profilaktik tədbirləri ilk günlərdən həyata keçirir və bu istiqamətdə davamlı işlər aparır.

QSC-dən Aia.az-a verilən məlumata görə, martın 29-dan yeni iş vaxtı müəyyən edildikdən sonra "Bakı Metropoliteni" QSC bu prosesi səngitməyib, əksinə, daha da gücləndirib.

Görülən işlərin ən mühüm tərkib hissəsi sərnişinlərin maarifləndirilməsi, onlara tövsiyələrin verilməsi olub. Yeni iş vaxtına keçiddən sonra metropolitendə sərnişin axınına nəzarət olunması və maarifləndirilməsi, verilmiş qərarlara, xüsusən bir-biri ilə ara məsafəsinin qoruması ilə bağlı nəzarət gücləndirilib.

Hazırda Bakı metropolitenində tətbiq edilən hərəkət qrafiki və xüsusən qatarlararası interval mövcud sərnişin axınının tənzimlənmiş qaydada daşınması üçün bütün tələblərə, o cümlədən ara məsafənin qorunmasını təmin etməyə imkan verir. Lakin bu məsələyə sərnişinlərin də diqqətli olmasına, ən əsası, stansiyalar girişə açılarkən daha nizamlı, daha seyrək hərəkət etməsinə ehtiyac var.

Bunu nəzərə alaraq, daha bir nəzarət mexanizmi də tətbiq edilib. Bakı metropoliteni stansiyalarının giriş sahələrində sərnişinlərin hərəkətini bir qədər də məhdudlaşdırıb tənzimləyən istiqamətləndiricilər qoyulub. Həmçinin sərnişin axını çox olan bir neçə stansiyada əlavə olaraq, xüsusi səs gücləndiriciləri ilə elanlar veriləcək, stansiyalarda sərnişinlərə davamlı olaraq müvafiq tövsiyələrin verilməsi intensivləşdiriləcək.

Sərnişinlərimizi bir daha evdə qalmağa, özünütəcrid prinsiplərinə əməl etməyə, metropolitendən yalnız kəskin zərurət yaranacağı təqdirdə istifadə etməyə, metropolitendən istifadə edərkən, ara məsafənin qorunmasına daha diqqətli olmağa çağırırıq.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, mart ayının 29-dan Bakı Metropoliteninin iş vaxtı dəyişdirilib. Metropolitenin stansiyaları səhər saat 07:00-dan 09:00-dək, axşam isə 17:00-dan 20:00-dək sərnişinlərin girişinə açıqdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024