Mobil versiya
Qazaxıstanda koronavirusdan ilk ölüm
Tarix: 26-03-2020 | Saat: 19:52
Bölmə:Cəmiyyət / Dünya | çapa göndər

Qazaxıstanda koronavirusdan ilk ölüm





Qazaxıstanda koronavirusdan ilk ölüm qeydə alınıb. Aia.az-ın "Sputnik Qazaxıstan"a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin İnformasiya və İctimai İnkişaf naziri Dauren Abayev məlumat verib.

O bildirib ki, bu gün bir Qazaxıstan vətəndaşı koronavirusdan ölüb. Nazirin sözlərinə görə, Nur-Sultan Sağlamlıq İdarəsi sabah bu barədə ətraflı məlumat verəcək. Həmin xəstə ölkənin paytaxtı Nur-Sultanda ölüb.

Qeyd edək ki, Qazaxıstanda koronavirus yoluxmuş 109 nəfər var. Onların 61-i paytaxtdadır. Xəstələrdən ikisi sağalıb. Martın 16-dan aprelin 15-dək ölkədə fövqəladə vəziyyət elan olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024