Mobil versiya
Xəzərdə naməlum kişi meyiti tapıldı
Tarix: 22-02-2016 | Saat: 12:16
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


Meyit tanınmaz hala düşüb.

Neftçala rayonunda naməlum kişi meyiti tapılıb.

Aia.az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, 50-55 yaşlarında kişi meyiti ötən gecə Xəzər sahilində aşkarlanıb.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə gətirilən meyitin tanınmaz halda olduğu açıqlanıb.

Hazırda meyitin kimliyi araşdırılır.

Meyitin sahildə olan balıqçılar tərəfindən aşkarlandığı bildirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024