Mobil versiya
Tahir Mirkişili: Əhalinin maddi rifahını qorumaq üçün Azərbaycanın kifayət qədər imkanları mövcuddur
Tarix: 17-03-2020 | Saat: 10:32
Bölmə:Siyasət | çapa göndər

Tahir Mirkişili:


Dünyada epidemiyanın yayılması yeni bir şərait yaradıb. Dünyanın ən böyük iqtisadiyyatlarında azalma müşahidə olunur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi, siyasət və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən komitə sədri Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl islahatlar Azərbaycan iqtisadiyyatını bu günə və eyni zamanda, bundan da çətin günlərə hazırlanmağa hesablanıb.

Komitə sədri qeyd edib ki, Azərbaycan iqtisadiyyatının kifayət qədər imkanları mövcuddur: “Son zamanlar neftin qiymətində baş verən hadisələr və Azərbaycan iqtisadiyyatının bu hadisələrə reaksiya verməsi üçün kifayət qədər imkanlara sahib olması onu deməyə əsas verir ki, həyata keçirilən islahatların nəticəsi qısa zaman ərzində öz bəhrəsini verir və bu islahatlar bu günə və sabaha hesablanmış islahatlardır. Hesab edirəm ki, bundan sonra da baş verən proseslərdə neft qiymətinin indikndən də aşağı düşməsi ssenarisində bu hadisələrdən yan keçmək, əhalinin maddi rifah halını və onu digər hadisələrdən qorumaq üçün Azərbaycan iqtisadiyyatının kifayət qədər imkanları mövcuddur”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə