Mobil versiya
İranda yeni koronavirusdan ölənlərin sayı 34-ә yüksəlib
Tarix: 28-02-2020 | Saat: 14:54
Bölmə:Dünya | çapa göndər

İranda yeni koronavirusdan ölənlərin sayı 34-ә yüksəlib


İranda indiyədək 34 nəfər yeni koronavirusdan (Covid 19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, ötən sutka ərzində 8 nəfər dünyasını dəyişib.

Nazirlik rəsmisi deyib ki, indiyədək İranda bu virusa yoluxanların sayı 388 nəfərə çatıb.

Cahanpur əlavə edib ki, ötən sutkada daha 143 nəfər bu virusa yoluxub.

Qeyd edək ki, İranın Səhiyyə Nazirliyinin rəsmisi ötən gün 245 nəfərin yeni koronavirusa yoluxduğunu, 26 nəfərin dünyasını dəyişdiyini bildirmişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5267 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2020
25-11-2020