Merkel Paşinyana ciddi xəbərdarlıq edib
Tarix: 18-02-2020 | Saat: 14:41
Bölmə:Karusel / Dünya | çapa göndər
Ermənistanın baş naziri Nikol Paşinyanın Almaniyaya səfəri gözlənildiyi kimi rahat keçməyib.
Azvision.az xəbər verir ki, bu barədə “Past” nəşri yazıb. Nəşr qeyd edib ki, söhbət təkcə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı debatdan getmir:
"Hakimiyyət ilk növbədə Paşinyana Avropanın tam dəstək verdiyini göstərmək istədi, amma məqsədinə çatmadı. Berlində Almaniya kansleri ilə keçirilən xüsusi görüşdə Angela Merkel ona keçmiş prezidenti Robert Koçaryanın işi ilə bağlı çoxsaylı suallar verib. Bu suallar o dərəcədə hərtərəfli və əsaslı olub ki, baş naziri əvvəlcə təəccübləndirib, sonra isə əsəbləşdirib. Xüsusən də diplomatik formullarda gizli olmayan tənqidi çalarlar səslənib".
Məlumata görə, Merkel Koçaryanın işinin siyasi təqib təəssüratı yaratdığını bəyan edib: "Əgər Ermənistan hakimiyyəti yaxın 1-2 ay ərzində qaldırılan suallara dəqiq və əhatəli cavab verməsə, bütün şübhələri aradan qaldırmasa, Almaniyanın Xarici İşlər Nazirliyi bu məsələni prioritet əsasda ikitərəfli münasibətlərin gündəliyinə daxil etməyə məcbur olacaq".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-01-2025