Mobil versiya
Seçkilərlə bağlı həbslər ola bilər - Prokurorluğa müraciət olunub
Tarix: 13-02-2020 | Saat: 16:42
Bölmə:Manşet / Siyasət | çapa göndər

Seçkilərlə bağlı həbslər ola bilər -


Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinə görə həbslər ola bilər.

Yenisabah.az-ın xəbərinə görə, Prezident İlham Əliyevin dünənki çıxışından sonra ictimaiyyətdə belə qənaət formalaşıb ki, bəzi komissiya sədrləri və ya üzvləri seçki saxtakarlığına görə həbs edilə bilər.

Söhbət Prezidentin fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında ASAN könüllüləri ilə görüşündəki çıxışından gedir.

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun - hansı ki, bizə həmişə qərəzli yanaşır - hesabatı da hesab edirəm ki, tarazlı idi, əvvəlki dövrlərə nisbətən daha obyektiv idi. Əlbəttə ki, bəzi məsələlərlə biz razılaşa bilmərik. Amma məruzənin ümumi nəticəsi, hesab edirəm ki, obyektivliyə daha yaxın idi.

Biz də bəyan etmişik ki, mövcud olan pozuntular ciddi araşdırılacaq, pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq və bundan sonra da biz bütün beynəlxalq təşkilatlarla bu istiqamətdə fəaliyyətimizi və əməkdaşlığımızı davam etdirəcəyik”, - deyə İlham Əliyev həmin görüşdə bildirib.

Bu çıxışdan sonra sosial şəbəkələrdə həbslərlə bağlı mülahizələr irəli sürülür. Bundan başqa, artıq iki dairənin nəticələrinin ləğvi ilə bağlı məlumat da yayılıb. Həmin dairələr Hadı Rəcəblinin qalib elan edildiyi 74 saylı Lənkəran kənd və Fəzail Ağamalının qalib elan edildiyi 60 saylı Salyan-Neftçala seçki dairələridir. Hələlik bu məlumatlar rəsmi şəkildə təkzib olunmayıb.

Onu da bildirək ki, bəzi namizədlərin seçkidə baş verən pozuntularla bağlı artıq Respublika Baş Prokurorluğuna müraciət etdiyi və təkzibolunmaz faktlar ortaya qoyduqları haqda da məlumatlar yayılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2024