Koronavirus üzrə yüksək riskli məhsullar - SİYAHI
Tarix: 13-02-2020 | Saat: 12:23
Bölmə:Karusel / Ölkə | çapa göndər
Quş qripi və yeni koronavirus xəstəliyindən ölkə ərazisinin qorunması məqsədilə aparılan mübarizə tədbirləri çərçivəsində AQTA tərəfindən “Yüksək patogenli quş qripi və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı” hazırlanıb.
Azvision.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında bu barədə məlumat verib.
O bildirib ki, yüksək patogenli quş qripi və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı aşağıdakı kimidir: "Yüksək patogenli quş qripi üzrə: Müxtəlif növlərə aid diri quşlar (bir günlük cücə, damazlıq, ətlik, yumurtalıq quşlar və s.), Zoopark quşları, vəhşi və ov quşları, İnkubasiya yumurtası, Süfrə yumurtası və yumurta məhsulları, Quş sperması, Quş əti (soyudulmuş, dondurulmuş və s.), Quş əti məhsulları, Quş əti və sümüyünün unu (yem üçün istifadə olunan)Quş tükü və lələkləri. Koronavirus üzrə: İsti və soyuqqanlı vəhşi heyvanlar, Zoopark heyvanları, Vəhşi heyvanların trofeyləri, Balıq və balıq məhsulları (soyudulmuş, dondurulmuş və s.), Dəniz məhsulları (soyudulmuş, dondurulmuş və s.), Heyvan mənşəli ət məhsulları, Ev heyvanları, Quş və quş məhsulları
Q.Təhməzli qeyd edib ki, Agentlik tərəfindən Çin Xalq Respublikasında yaranan və dünyanın bir sıra ölkələrinə yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə infeksiya riski olan ölkələrdən respublikamıza diri heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər