Mobil versiya
Ölkəmizdən Avropaya aparılan 10 maşın fındıq geri qaytarılıb
Tarix: 13-02-2020 | Saat: 12:17
Bölmə:Ölkə | çapa göndər

Ölkəmizdən Avropaya aparılan 10 maşın fındıq geri qaytarılıb

"Ötən il ərzində 23 138 ton fındıq Agentlik tərəfindən müvafiq sertifikatlarla (qida təhlükəsizliyi sertifikatı, fitosanitar sertifikatı) təmin olunaraq ixrac edilib".
Azvision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.

Q.Təhməzli bildirib ki, ölkədən Avropa İttifaqına ixrac olunan fındıqdan 10 nəqliyyat vasitəsi, 2018-ci ildə isə 18 nəqliyyat vasitəsi tərkibində aflotoksinin miqdarının yüksək olması səbəbindən geri qaytarılıb: "2018-ci ilin ilk yarısında 17, ikinci yarısında isə (Agentlik fəaliyyətə başladığı dövrdə) cəmi 1 avtonəqliyyat vasitəsi geri qaytarılıb. Ötən il ərzində 28 573.2 dkl şərab məhsulu qida təhlükəsizliyi sertifikatı ilə təmin olunaraq, əsasən Aİ ölkələrinə, eləcə də Rusiya və Çinə ixrac olunub. 2019-cu il ərzində 580 934 ton meyvə tərəvəz, o cümlədən 61 089 ton kartof müvafiq sertifikatla təmin olunaraq ixrac edilib. Həmin meyvə və tərəvəz məhsullarından cəmi 8 avtonəqliyyat vasitəsi ixrac olunduğu ölkələrdən geri qaytarılıb. Bu meyvə tərəvəz məhsullarının ümumi ixracının 0,02 %-ni təşkil edir. Bunlar ciddi göstəricilərdir və Azərbaycan qida məhsullarının etibar qazanmasının bariz göstəricisidir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024