Mobil versiya
Hikmət Hacıyev: Azərbaycan geosiyasi reallıqları geosiyasi imkanlara çevirib
Tarix: 12-02-2020 | Saat: 13:41
Bölmə:Siyasət | çapa göndər

Hikmət Hacıyev:


Azərbaycan geosiyasi reallıqları geosiyasi imkanlara çevirib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-ın “John Batchelor Show” radioverilişinə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan siyasi inkişaf baxımından gənc demokratiyadır:

“Demokratiyanın ideal modeli yoxdur. Amma Azərbaycan öz dost və tərəfdaşlarının təcrübəsini, Azərbaycan xalqının tarixi irsini diqqətə alır”.

H.Hacıyev bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən bəri demək olar ki, bütün qonşularla normal və stabil münasibətlər qura bilib, Azərbaycan xalqı, eləcə də regional tərəfdaşları naminə regionda sülh və təhlükəsizliyi təmin edib:

“Biz müstəqilliyin ilk günlərindən ABŞ-ın Azərbaycana dəstəyini qiymətləndiririk. ABŞ-ın dəstəyi olmadan Azərbaycan öz təbii ehtiyatlarını beynəlxalq bazara ixrac etmək, müstəqilliyini qorumaq və möhkəmləndirmək, eləcə də qonşuların müstəqilliyinə və çiçəklənməsinə töhfə vermək imkanına sahib olmazdı”.

Onun sözlərinə görə, Azərbaycan öz xarici siyasət doktrinasında qonşularla normal və stabil münasibətlər konsepsiyasına əsaslanır:

“Rusiya ilə bizim tərəfdaşlıq səviyyəsində stabil münasibətlərimiz qurulub və aramızda geniş dialoq və qarşılıqlı anlaşma var. İrana gəldikdə, bizim bu ölkə və onun xalqı ilə münasibətlərimizin çoxəsrlik tarixi var. Türkiyə bu regionda daha bir vacib tərəfdaşımız və dostumuzdur. Bizim Türkiyə ilə qardaşlıq münasibətlərimiz mövcuddur. Beləliklə, Azərbaycan geosiyasi reallıqları geosiyasi imkanlara çevirib”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə